Yaydır, çöldə də 40 dərəcə isti var. Odur ki, həm də uzun-uzadı yazı oxumağa çoxlarının həvəsi yoxdur deyə, birbaşa mətləbə keçirəm.
“Araz Naxçıvan”la bağlı bir-iki heyrətamiz incəliyə.
Görün hansı şəraitsizlik və məhdud maddi imkanlarla da bir komanda Avropada uğurlu debüt edə bilərmiş.
Getdik.
Bir: Az büdcə ilə (6-7 milyon manat arası) özündən 4-5 dəfə artıq büdcəyə malik klubları qabaqlayaraq Azərbaycan Premyer Liqasında 3-cü yer tutmaq və UEFA Konfrans Liqasına vəsiqə qazanmaq!
İki. Özünün məşq meydançasının olmaması (səhv oxumadınız!). Bakıda, bəzən də Sumqayıtda məşq etməsi.
Üç. Özünə məxsus avtobusun olmaması
Dörd. Klub işçilərinin sayının azlığı (7-8 nəfər). 10 nəfərin işini 1 nəfərin görməsi!
Beş. Komandanın hələ də yerli çempionatda ev oyunlarını doğma Naxçıvanda yox, Bakıda Mərdəkan çimərliyinə bitişik stadionda keçirməsi. Bəlkə heç olmasa bu uğur stimul ola, səlahiyyətli şəxslər Naxçıvan stadionuna tez əl gəzdirələr ki, komanda artıq doğma yurda qayıda.
Altı. Aşağı maaş və sair və ilaxır.
Və bu şəraitsiz komanda büdcəsi 50 milyon avronu aşan Yunanıstan liqasının təmsilçisi “Aris”i Avropa kuboklarından kənarlaşdırır! Yunan mediası şokdadır, bunu özləri üçün biabırçı məğlubiyyət adlandırır. Əlbəttə, yunanlar nə düşünür, nə fikirləşir, özlərinə qalsın.
Biz haqqı olanın haqqını verək.

Bütün “Araz Naxçıvan” heyətinin - inzibati, texniki, futbolçu, məşqçi…
Və Elmar Baxşıyevin.
44 yaşlı bu fədakar azərbaycanlı oğlunun.
Bir ilə qorxmaz, mübariz komanda quran bacarıqlı baş məşqçimizin.
Bəli, Elmar Baxşıyev özümüzünküdür.
Özümüzünkü isə o deməkdir ki, bizim də yaxşı mütəxəssislərimiz var. Və onlara inanıb dəstək olanda Avropada belə nəticə verə bilirlər.
Yəni indi udan azərbaycanlıdır.
Uduzan xarici…
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada