Bir dəfə Mahir Emreli demişdi bunu mənə. “Mən necə hücumçu olmağı Miroslav Klozedən öyrənirəm”.
Mahir ötən yaydan Klozenin rəhbərliyi altında “Nürnberq”də oynayır. Bizi gah sevindirir, gah da məyus edir. Çox oyunda qol vura bilmir, amma vuranda da eləsini vurur ki, tənqidçiləri belə susmağa, hətta onu alqışlamağa məcbur olur.
Biz bax belə Mahir görmək istəyirik. Davamlı qol vuran, xarakter göstərən, hər oyunda ən yaxşılardan olan.
Amma məsələ indi Mahir deyil. Klozedir ki, o, məşqçi kimi nəinki dünya, heç bu gün işlədiyi Almaniyanın 2-ci bundesliqasında da hələ möhürünü vurmayıb. Vurub-vurmayacağını da zaman göstərər.
Lakin istənilən bir hücumçunun, o cümlədən bizim Mahirin Klozenin yanında olması bir məktəbdir. Mahir əbəs yerə demir ki, “mən necə hücumçu olmağı Miroslav Klozedən öyrənirəm”.
Kloze hücum futbolunun ustadıdır.
71 qolla Almaniya millisinin bombardiridir.
Böyük peşəkardır.
Və bir gənc futbolçu necə böyüyə bilər, necə peşəkar ola bilər sualının cavabları elə Klozenin öz dilindən səslənmiş aşağıda təqdim etdiyim bu cümlələrin arasında gizlənib. Dünyada və bizdə dikbaşlıq edən hər bir gənc oyunçuya ibrət olmalıdır.
Oxuyaq!
“Mən karyeramı ona görə başa vurdum ki, artıq indiki futbolu tanımırdım. İndi gənc oyunçular fərqli düşünür. Mən uşaqlıqda ancaq məşqlər haqda fikirləşirdim. Və həm də futbolda necə uğur qazanmaq barədə.
“Latsio”da və millidə hər məşqdən sonra buz vannasına uzanırdım ki, zədələrdən qaça bilim. Amma gənclər imtina edirdilər. Məşq bitəndə mənim top yığdığımı görəndə isə soruşurdular: “Niyə bunu sən edirsən? Texniki personal var”. Həmin anda mən düşünürdüm: Sənin 20 yaşın var və 60 yaşlı işçiyə kömək etmirsən. Onları daha çox butslarının corablarının rənginə uyğun olub-olmadığı maraqlandırırdı. Məhz onda mən başa düşdüm ki, futbol dəyişib.
Bu gün gənc futbolçular ilk növbədə bahalı maşınlar, müqavilələr, sponsorlar və yeni butslar haqqında düşünürlər. Futbol onlar üçün ikinci plandadır. Onlar üçün əsas olan imicləridir. Amma mənim üçün hər zaman ən vacib olan oyunun özü olub - saf və kamil formada”.
Tanış mənzərədir.
Ağır mənzərədir.
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada