Bir az da yaxşı şeylərdən bəhs edək.
Xüsusən əgər o, futbola aiddirsə.
Xüsusən futbolumuzda müsbət hadisələrdən sarıdan kasadlıqdırsa.
Bəs, bu günün o iki yaxşı hadisəsi nədir?
Birincisi odur ki, Fernandu Santuş əsas millimizə 20-21 yaşlı 3 gənc oyunçu dəvət edib. Onlar birinci liqadan Şahin Şahniyarov (“Qəbələ”), Premyer Liqadan Xəyal Əliyev (“Sabah”) və Ağadadaş Salyanskidir (“Neftçi”). Bu ay Haiti və Belarusla yoxlama matçlarına dəvət ediliblər. Sırf hazırlıq xarakteri daşıdığından həmin oyunlarda bu üç futbolçunun oynadılması yaxşı olar.
Əks halda dəvət sadəcə, dekorasiyaya bənzəyəcək.
Gənclərə şans verməkdən çəkinməməliyik. Futbolda yox a, hər sahədə. Onlar potensiallarını zəmin olduqca açırlar. Yoxsa sanki qutunun içində bir lazımsız əşyatək illərdir qaralanlıqda qaldıqca necə gün üzünə çıxa bilərlər?
Bir gənc futbolçumuz vardı.
Zaur Tağızadə.
Azərbaycan millisinin heyətində nəhəng Portuqaliyaya qol vuranda 20 yaşındaydı. 22 yaşına çatanda Slovakiyaya da qol vurmuşdu…
Millimizin liderlərindən idi. Zədələr imkan versə idi Avropanın adlı-sanlı oyunçularından da ola bilərdi.
"Qızıl oğlan"
Bəxtsiz cavan.
İndi Zaur kimi oyunçuları çıraqla axtarırıq, tapa bilmirik. Bəlkə elə Zaur kimi illərdir qutunun içində qalan neçə-neçə istedadımız var? Bəlkə problem odur ki, onları heç yaxşı axtarmırıq, ya tapmağı bacarmırıq, buna həvəs göstərmirik?!
Tapanda isə böyüməsinə laqeyd yanaşırıq.
Yaxud bir az uzaq tarixdə Anatoli Banişevski “Neftçi”dən ilk dəfə SSRİ yığmasına çağırılanda, “Lujniki”də Peleyə qarşı oynayanda cəmi 19 yaşının içində idi.
“Marakana”da elə həmin Braziliyaya qol vuranda, dünya çempionatında bürünc medal qazananda 20 yaşında idi.
Yəni az da olsa, Azərbaycan futbolunun talantları olub da.
Yəni həmin talantlar indi də var. Sadəcə, qutunun içindədirlər. Axtarmalıyıq, tapmalıyıq, gün işığına çıxarmalıyıq.
Şəhər-şəhər, kənd-kənd, məhəllə-məhəllə, qapı-qapı düşüb axtarmalıyıq.
AFFA buna dair sistem qursa, yaxşı olar.
İstedadlar tükənə bilməz axı.
Və onlar uşaqların arasındadır.
İkinci hadisədir bax elə onlarla bağlıdır.
Bu gün “Sabah” klubu elan etdi ki, U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək. Bununla bağlı artıq müvafiq təhsil müəssisəsi ilə müqavilə də imzalanıb.
Azərbaycanlı uşaq futbolçuların indidən dil biliyini zənginləşdirməyə başlaması onların gələcək karyerasına, bütövlükdə dünya görüşünə müsbət təsir edə biləcək bir faktdır. Bu yaxınlarda “Sabah” klubunun bazasında kitabxana da yaradılıb.
Yəni mesaj həm də budur ki, oxuyun. Həyat İnstaqramda, “Tik-tok”da yüngül, aşağı səviyyəli paylaşımları izləməkdən ibarət olmamalıdır. Səhv etmirəmsə, bunlar Azərbaycan futbolu üçün bir ilkdir. Odur ki, müsbət nələrsə olanda, onu dilə gətirmək, heç olmasa, səbəbkarlara quru “sağ ol” deməkdən çəkinməməliyik.
“Sabah” klubu akademiyaya isti münasibət ilə seçilir. Ola bilər, müəyyən problemlər onlarda da var. Amma bu, digər bir çox klubun dırnaqarası “akademiyasında” müşahidə olunan xaos, dərəbəylik səviyyəsində deyil.
Heyf ki, bu klubun əsas komandasının nəticələrini onun güclü maliyyə dəstəyinə uyğun hesab etmək olmaz. Gələcəkdə bu problemi aradan qaldırmaqsa həm də yaxşı məşqçi seçimindən keçir.
O məşqçiləri yad diyarlarda axtarmağa isə gərək yoxdur.
Aydın Bağırov
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas