20 yaşlı futbolçunuz Ağadadaş Salyanski barədə ictimai tənqidiniz heyrət doğurmaya bilməz.
Bir məşqçinin mətbuat konfransında məğlubiyyətə görə gənc futbolçusunu hədəfə alması sanki şouya hesablanan addımdır və ona başucalığı gətirən davranış deyil. Əksinə onun nüfuzunu zədələyən haldır. Birinci növbədə də komandanın daxilində.
Məşqçi böyüklük etməyi bacarmalıdır. Əgər o məşqçi həqiqətən məşqçidirsə.
Sizin ən azı Azərbaycan Premyer Liqasında bu gün işləyən heç bir həmkarınız media önündə öz futbolçusu barədə belə sərt tonda danışmayıb.
Sərt və yetərli təcrübəsi olmayan oyunçusunun “qol-qanadı”nı qıra biləcək formada.
Əksinə onlar zəif oynayan futbolçusunu jurnalistlər və azarkeşlər önündə müdafiə edib, lazım olan dərsi isə yalnız “mətbəx daxilində”, yəni “razdevalka”da verib.
Bu, bir məşqçi etikasıdır.
Sizə Qurban Qurbanovu, Rəşad Sadıqovu, Ayxan Abbasovu nümunə göstərə bilərəm. Onlardan öyrənin, ən azı böyüklə böyük, kiçiklə kiçik olmaq alicənablığını.
“Kəpəz”ə dünənki məğlubiyyəti Ağanın üzərinə atdınız. Günahkar axtarırsınızsa, özünüzü unutmayın. Bu, ağayana hərəkət deyil.
Yox, madam ki, günahkar axtarışı həvəsiniz fontan vurubsa, onda siz də bilməmiş deyilsiniz ki, “Neftçi”nin bütün bu uğursuzluqlarının səbəbkarı gənc və məsum oyunçu Ağa yox, klubun sayı-hesabı bilinməyən ağalarıdır…
Bir halda ki, dünən ürəyiniz açılmışdı, onda növbəti mətbuat konfransında onların barəsində çox demirəm, bircə cümlə danışa bilərsiniz?
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada