Bu gün Azərbaycanın 2 ən böyük büdcəyə malik klubundan biri ol, amma turnir cədvəlində son 2 yerdən birini tut.
6 oyun keçir, amma 1 qələbə belə qazanma.
18 mümkün xaldan cəmi 4 xal topla.
Baş məşqçi Roman Qriqorçuk yəqin ki, kayerasının ən uğursuz dönəmini keçirir desəm, səhv etmiş olmaram.
Ukraynalı mütəxəssis nəticələrə görə üzr istəyir və bir incə əlavə də edir - HAMIMIZ üzr istəməliyik. “Hamımız”ın içində bir tək Roman Qriqorçuk olmamalıdır…
Bəs, futbolçu?
Bəs, klubun rəhbərliyi? Hanı onlar, niyə media önünə çıxıb vəziyyətə izahat verən yoxdur?
Müstəqillik dövrünün ən ağır dövrünü keçirir “Neftçi”. Nəticə baxımından əlbəttə ki. Yoxsa pula qalsa, klub dollar dənizinin üzərində yaxt gəzintisindədir.
İllərdir düzəlmir, düzəlmək bilmir bu klub.
2 dəfə “Qəbələ”ni Avroliqanın ta birinci mərhələsindən düz qrupuna qədər aparan Roman Qriqorçuk belə komandaya əlac tapa bilmir. Səhvi, səhvləri var, təbii ki.
Nəticə bir yana, komandanın oyunundan, daha doğrusu, olmayan oyunundan meydanda əsər-əlamət yoxdursa, bunun birinci səbəbkar və günahkarı baş məşqçidir.
Nə məşqçi öz işini görə bilir, nə milyonlarla pul xərclənib gətirilən yeni futbolçular…
Amma…
Məşqçi və futbolçu sadəcə bugünkü nəticələrə cavabdehdir, “Neftçi”nin dərdi isə idarəetmədəki sistemsizlik problemidir. Və bu problem yeni də deyil. 10 ildirmi, 12 ildirmi davam edir. Odur ki, artıq uğursuz gedişatı əhatə edən illərin sayını da yadda saxlamaq olmur.
“Neftçi” dünən “Zirə”yə də uduzdu.
Yerli məşqçimiz Rəşad Sadlqov “Zirə”ni irəli aparır.
Bu mövsüm “Neftçi” kimi baş məşqçi dəyişikliyinə gedən “Turan Tovuz” da yaxşı başlayıb.
Başqa bir azərbaycanlımız Ayxan Abbasovun “Şamaxı”dakı nəticəsi belə büdcəsi bu klubdan 5-6 dəfə çox olan “Neftçi”dən yaxşıdır.
Amma düzəlməyən bir “Neftçi”dir.
Növbəti turda rəqib isə “Qarabağ”dır.
Həmin oyundamı olacaq qələbə?
Gedişat yaxşı görünmür.
İnam, ümid isə azalır.
Qarşıdakı bir oyuna deyil, bütün mövsümə görə.
Bütün mövsümə.
… Və heyf “Neftçi”yə.
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada