Üzün həmişə gülsün, Arda Gülər!
Futbolun 19 yaşlı brilliant uşağı.
Türkiyəni sevindirdi.
Türkiyə ilə həmrəy olan azərbaycanlıları da.
Dünya və Avropa çempionatları futbolun ən üst zirvəsi sayılır.
Və ilk dəfə forma geyindiyi bu cür mötəbər yarışda La Liqada (“Valensiya) oynayan Mamardaşvilinin qoruduğu qapının doqquzluğuna belə bir möhtəşəm qol vurmaq…
Nədir bunun adı? Öz qeyri-adi istedadının növbəti təsdiqimi? Özünə arxayınlığın sübutumu? Gələcəyin böyük futbolçusu olmaq yolunda cəsarətli həmləmi?
Hər birindən bir az var.
O qol olmasaydı…
Amma Mert Müldürün də gözəl qolunu unutmayaq, Kərəm Aktürkoğlunun üçüncü qoldakı əziyyətini də (boş qapıya vursa belə).
… Dünən Gürcüstanla oyunda çox əziyyət çəkdi Türkiyə. Heç-heçə də matçın ədalətli nəticəsi hesab oluna bilərdi. İkinci qoldan sonra dirəyə dəyən top (Koçoraşvili), son dəqiqədə Türkiyənin qapısı qarşısında yaranan ardıcıl təhlükələr.
Əsl drama.
Gürcüstan özündən güclü Türkiyəyə uduzdu. Amma yaxşı, möhkəm, qorxmaz bir komanda olduğunu göstərdi.
Gözlənilən idi.
Gürcüstan bu çempionatın sehrli qutusu sayılırdı. Debüt çempionatlarıdır. Amma heyətindəki 26 futbolçudan 24-ü legionerdir. Yəni təcrübə, səviyyə əvvəldən yığılıb.
Və bu təcrübə, bu səviyyə Türkiyə üçün başağrısı idi dünən.
Gürcüstan millisi belə oyun və belə startla sadəcə fəxr edə bilər.
Qaliblər isə mühakimə edilmir.
Avro-2024 kimi yarışlarda ilk oyunlar çox ağır olur. Favoritlər sayılan İngiltərə, Fransa, Portuqaliya da belə çətinliklərlə üzləşibsə…
Onda qınamayın Türkiyəni.
Çünki Türkiyə qələbə qazanıb. Türkiyə 1/8 finala yaxınlaşıb.
Və qələbə qazanan həm də Türkiyə millisinin milyonlarla tərəfdarı olub.
Həm də Almaniyadakı dünənki matçda tribunalarda susmaq bilməyən 70 minə yaxın o türk tərəfdar.
O mənzərəni görəndə isə çaş-baş qalmaya bilmirsən. Bu oyun doğrudanmı Dortmundda keçirilirdi, yoxsa İstanbulda?
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada