“Koroğlu” adlı təyyarəmiz 5 saatlıq uzun yol qət edib İsveçə enəndə həmkarımın həyəcanla söylədiyi sevincək sözlər hamımızın diqqətini ona yönəldir:
- Arayiki tutdular!
Sonra qürurla bir də təkrar edir:
- Tutdular Arayiki!..
Havada olduğumuzdan internetsiz qaldığımız bu 5 saat ərzində Vətənimizdə baş verən mühüm hadisələr haqda yad eldə yalnız yerə enəndə eşidir və oxuyuruq.
Yad el…
İsveç…
Avropa…
Cəmi 3 il əvvəl Arayik Arutunyan adlı qana susamış körpə cəlladı Gəncədə günahsız insanların başına bomba yağdırmaq əmrini şəxsən özünün verdiyini şəstlə elan edəndə həmin bu Avropa riyakarcasına bizi günahlandırdı ki… sizin atdığınız mərmilər arayiklərin binalarının qapı-pəncərəsini sındırıb.
Bax beləcə, cansız əşya qapı-pəncərənin “dəyəri” insan həyatından - südəmər azərbaycanlı balalarının canından daha qiymətli idi Avropa üçün.
***
Avropa, İsveç, İsveçin şəhərləri bizdən fərqli olaraq, on illərdir müharibəsiz, qansız-qadasız, şəhidi, qazisi olmadan sakit və rahat həyat yaşayır. Və yaxşı ki də yaşayır. Bu rahatlıq və firəvanlığı yaradan isə İsveçin işlək, bizə sərt görünə biləcək qanunları, bu qanunlara əsl vətəndaş kimi əməl edən ölkənin insanları, cəmiyyətidir. Sərt qanundan təkcə bircə nümunə gətirim ki, İsveçdə, o cümlədən bizim səfər etdiyimiz Göteborqda kefin istədiyin hər yerdə siqarət çəkə bilmərsən (çəksən, cərimə olunursan). Düzdür, mən 10 ilə yaxındır siqareti tərgitmişəm deyə belə bir problemlə üzləşəcəyimi gözləmirdim. Amma şəhərdə bizdəki kimi addımbaşı siqaret qoxusunun gəlməməsini də ayrıca müsbət fakt kimi vurğulamalıyam. Və məsələ təkcə çöldə siqaret çəkməkdə də deyil. İsveç dövləti bir sıra digər Avropa ölkələri kimi ekologiyanın təmizliyinə xüsusi önəm verir. Havanın, suyun…
Su demişkən. Mənə deyiləndə ki, burada krantdan gələn suyu içmək olar, əvvəl təəccüblü gəldi. Bakıda, elə dünyanın bir çox şəhərində krant suyunun təmizliyinə əsaslı şübhələr var. Amma əmin olandan sonra ki, yox, burada elə deyildiyi kimi imiş, mən də İsveçin krant suyundan içməli oldum. İçdim, bəyəndim və yadıma Şuşa, Ağdam düşdü…
Son dəfə işğala qədər oraların bulaq sularından içmişdim. İndi tezliklə o sudan içmək, o möcüzəvi təbiəti görmək üçün təzədən Şuşaya getmək olar. Özü də yenə məhz Ağdam-Xankəndi yolundan keçməklə.
Lap 6 yaşımdakı kimi…
Və bu, artıq nisgilli hisslərə qapılıb qurduğun xəyal deyil, gerçəklikdir!
***
Amma hələlik Şuşa, Ağdam məndən min kilometrlərlə uzaqdadır. İndi, bu dəqiqə, mən yazımın hər sətrini telefonumun bloknotuna Göteborq şəhərində köçürürəm. İşğal dövrünün bizə mirası olan “Qarabağ” buradadır. Komanda az əvvəl Avropa Liqasının ikinci qrup oyununda yerli “Hekken”lə qarşılaşıb və rəqibi 1:0 hesabı ilə məğlub edib.
2 oyun, 2 qələbə… Almaniya nəhənglərindən “Bayer”lə şərikli liderlik. Əlbəttə, güclü hər zaman qəbul olunub. Ona həm də hörmət olunanda isə bu iki məqamı qeyd etməyə bilmirsən:
1. Oyunu Azərbaycandan olan media təmsilçiləri və klub rəsmiləri demək olar eyni tribunadan, yerli azarkeşlərin əhatəsində izləyirdi. “Qarabağ”ın qol vurmasına hamımız sevinəndə kənardan bir nəfər də olsa söz atıb etiraz etmədi, bu sevinci normal və hörmətlə qəbul etdi. Gözlənilməz mənzərə idi. Bax onda, 2 ay əvvəl HİK-lə Helsinkidəki oyun yadıma düşdü. “Qarabağ”ın qollarından sonra yüzlərlə fin azarkeşin üzünü bizim oturduğumuz tribunaya tutub dayanmadan “Armenia, Armenia…” qışqırması. Yəqin aralarında erməni təxribatçılar da varmış... Təxribatın cavabını isə “Qarabağ” meydanda vermişdi. Oyun bitəndən sonra da sakit durmamış, üzərimizə butulka, başqa yad əşyalar atıb işi yalnız bütün 90 dəqiqəni sakitcə matçı seyr etmək olan qonaqlarına qarşı açıq mədəniyyətsizlik nümayiş etdirmişdilər.
2. Göteborqlu azarkeşlərin komandası - “Hekken” də öz meydanında “Qarabağ”a uduzdu. Amma finlandiyalı qonşularından fərqli olaraq onlar nəinki siyasi şüarlar səsləndirmədi, əksinə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu yanlarına çağıraraq onu təbrik edib, əlini sıxdılar (video burada). Bu, azarkeşlərin timsalında həm bir şəhərin mədəniyyətinin göstərici, həm də bir məşqçinin timsalında bütün komandaya, kluba yüksək ehtiramı idi.
“Qarabağ”ın Avropa yolu isə uğurla davam edir. Səbrlə, qələbə eyforiyasına qapılmadan, daha yaxşı yerlərə doğru…
Aydın Bağırov
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas