Avropada, MDB-də, hətta Cənubi Qafqazda da futbol 5 addım irəli gedir, biz isə 1 addım geri...
Avro-2024-ün seçmə mərhələsinin bugünə olan nəticələrinə diqqət edin:
Gürcüstan - 2 oyun, 4 xal
Ermənistan - 3 oyun, 6 xal
Qazaxıstan - 4 oyun, 9 xal
Lüksemburq - 3 oyun, 4 xal
Və...
... Azərbaycan - 3 oyun, 1 xal
Bilirəm, təkrarçılıq olacaq. Amma bir cümləylə də olsa qeyd edək. Milli komandaların inkişafı üçün 2008-ci ildən üzü bəri SOCAR vasitəsi ilə təkcə AFFA-ya ayrılan pulun həcmi 200 milyona çatıb. Rəqəm bəlkə bundan da çoxdur. Bu milyonların cavabı isə 15 il sonra 3 oyuna 1 xal və bu mərhələdə qapımıza doldurulan 8 topla "verilir".
Qazaxıstan, Ermənistan, Gürcüstan, Lüksemburqun futbol federasiyaları bu qədər sərvəti heç yuxularında da görməyiblər. Amma bu gün-sabah həmin Qazaxıstan, həmin Ermənistan, həmin Gürcüstan bəlkə gedib "Avro-2024"ün final mərhələsində oynadı. Yəni artıq oranın qapısını döyürlər. Bizim millinin təpəsində oturan Canni de Byazi isə deyir: "Biz neçənci yeri tutmalıyıq? Azərbaycan hara çıxmalıdır?"
Əlbəttə, kimsəyə sirr deyil ki, Canni de Byazi Elxan Məmmədovun və beynini Elxan Məmmədovun ağlı ilə kodlaşdıran Rövnəq Abdullayevin yüzfaizli həyasız klassikasıdır. Ona görə də, Canni de Byazi hər şeyi atır əlinin altındakı kadrların üzərinə... Bizdə futbolçunun olmadığına eyham vurur. Öz uğursuz taktiki sistemindən, yanlış heyətindən, höccətkimilər sinfinin nümayəndələrinin millidə niyə, kimin çaldığı hava ilə oynadığını isə demir...
Sanki Qazaxıstanın heyıtində dünyanın superulduzları toplaşıb. Zaynutdinov, Taqıberqen, Eymbetov... adlı Avropa üçün tanış olmayan bu oyunçulardır Adiyevin əlinin altındakı futbolçular. .
Amma...
Yenə də Qazaxıstan yada düşür. Komandanın heyəti bizdəkitək 90 faiz yerli oyunçulardan qurulub. Cəmi 1 il əvvəl Qazaxıstan millisinə baş məşqçi təyin olunub. Əvvəlcə komandasını Millətlər Liqasının final mərhələsinə çıxardı. Həm də elə həmin De Byazinin komandasını geridə qoyaraq.
Budur, indi də Qazaxıstan "Avro-2024"ün seçmə mərhələsində dalbadal 3 oyunda qalib gəlir. Özü də kimlərə? Səfərdə Şimali İrlandiyaya, aralarında son dünya və Avropa çempionatının iştirakçısının da olduğu Danimarkaya. Bizimkilər burda Estoniyanı belə uda bilmirlər. De Byazinin isə əlacı olsa, sevindiyindən şıllaq atar.
Bizdə ataların bir sözü var: yüz ölç, bir biç...
Əlbəttə, Qazaxıstan futbolunda, onun futbol federasiyasında da yetərincə problemlər, nöqsanlar var. Amma siz bizim futbol rəhbərlərinin səriştəsizliyinin miqyasına baxın ki, yüzmilyonların qarşılığında Qazaxıstanın yanında heç toz da ola bilməyiblər.
"Təcrübə-təcrübə" bağıra-bağıra 67 yaşlı de Byazini gətiriblər millinin başına. Dünya gənc məşqçilərə üz tutur, bizimkilər qocalara... Adiyevin 45 yaşı var. Heç de Byazi qədər İtaliyanın, İspaniyanın tanınmış klublarını da çalışdırmayıb.
Deməli, müasir futbolda məsələ təkcə təcrübədə, yaşda yox, həm də başdadır. O baş isə Adiyevdə daha yaxşı işləyir, nəinki de Byazidə...
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada