Fariz Nəcəfov gərək ki, 2005-ci ildən “Qəbələ” klubunun rəhbərliyindədir. Tale Heydərovun klubdakı prezidentliyi dövründə o, vitse-prezident idi. Heydərov işlərinin çoxluğuna görə klubdakı fəaliyyətini rəsmi dayandırdan sonra isə prezidentlik Nəcəfova keçdi.
Əlbəttə ki, Heydərovun özünün istəyi ilə…
Nəcəfov Heydərovun inandığı şəxs olub və güman edirəm, indi də elədir. Buna görədir ki, o, düz 18 ildir “Qəbələ”nin rəhbərliyindədir.
18 il…
Təxminən elə eyni vaxtdan “Qarabağ”ın direktoru olan Emrah Çelikeli çıxsaq, başqa heç bir şəxs Azərbaycanda klub idarəçiliyində bu qədər uzun müddətə çalışmayıb. Çalışa bilməyib: böyük əksəriyyətini qüsurlu, daha doğrusu, ləkəli işinə görə qovublar. O dərəcədə ki futboldan ilim-ilim itirək yox olublar.
Əlbəttə, “Qəbələ”nin idarəçiliyində də müəyyən büdrəmələr, çatışmazlıq olub. Amma heç vaxt, hətta ən qatı, qərəzsiz tənqidçiləri belə “Qəbələ”nin bir klub kimi əliəyriliyini tapmayıb və eşitməyiblər. Pulunun sel kimi gəldiyi vaxtda belə onun dalına keçilməyib… Maliyyə uğurlu nəticələr üçün səviyyəli məşqçilərə, oyunçulara xərclənib əlbəttə, amma azərbaycanlı balaları da unudulmayıb. Nəinki Azərbaycanda, bütün Qafqazda örnək olan “Qəbələ” Futbol Akademiyası yaradılıb. Pulunun azaldığı vaxtda belə klubun rəhbərliyi o akademiyanı buraxmayıb, onların boğazından kəsməyib, Azərbaycanın gələcəyi olan bu uşaqların arxasında durub, onlara atalıq qayğısı göstərib.
Bütün bunlar isə indi İlahi bir sonluqla bitir. Bu gün bax həm də həmin o uşaqlar, akademiyanın artıq böyüyüb bığıburma gəncinə çevrilən yetirmələri “Qəbələ”yə kubok qazandırırlar…

Özü də büdcəsi özündən azı 3 dəfə çox olan klubla matçda.
Büdcə, pul…
Kuboku qazandıran tək büdcə, milyonlar deyil axı.
Həm də öz klubun qarşısında vəfadır, sədaqətdir, komandasının ağır günündə onun yaşaması üçün əyilmədən, yıxılmadan, başını dik tutaraq çalışmaqdır. Yorulmadan, usanmadan, sevgi ilə, fədakarlıqla…
Və vicdanla.
“Qəbələ” vicdanlı klubdur.
Vicdan olan yerdə isə elmarlar, asiflər, ülvülər, emillər, ürfanlar, rövlanlar… yetişir.
Və vicdanın olduğu yerdə bir nəfər də var - Fariz Nəcəfov!
Qazanılan kubokda ən çox haqqı, pay sahib olan adam.
İdmançının, futbolçunun dostu olan, məşqçisinə inanan, onun arxasında sona qədər duran adam.
Vətənin daşı olan adam.
Səngər adam, əsgər adam.
Halal haqqına qovuşan adam…
Aydın Bağırov
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi