2020-ci ilin sonlarında xəbər yayıldı ki, fəaliyyətini dayandırmış "Bakı" Futbol Klubunun bazası tamamilə dağıdılıb, yerində isə yaşayış binalarının, obyektlərin tikintisinə başlanılıb.
Əlbəttə, o bazanın yeri heç vaxt yaşayış binası üçün nəzərdə tutulmurdu. Futbolun İnkişafına dair Dövlət Proqramına (2005-15-ci illər) uyğun olaraq, tutula da bilməzdi. Çünki idmanın, futbolun inkişafı üçün ayrılan ərazilər sırf təyinatı üzrə istifadə olunmalıdır. O baza, bazanın tərkibində Futbol Akademiyası tikiləndə deyilirdi ki, özülü çox möhkəmdir, oranın sakinləri olan uşaq və yeniyetmə futbolçularsa Azərbaycan futbolunun tikiləcək yeni müasir binasının, memarlığının bir daşı, sağlam parçası olacaqlar.
Yeni bina, futbolumuzun gələcəyini müəyyən edəcək sima...
Həmin ərəfədə (2013-cü il) gərək ki, "Atletiko" Madrid bizim üçün yaxşı bir təşəbbüs irəli sürdü. "Bakı" ilə əməkdaşlıq çərçivəsində 5 yeniyetmə futbolçumuz təcrübə keçmək məqsədi ilə ispan klubunun düşərgəsinə göndərildi. Növbəti il isə sıralarında o vaxtkı 16 yaşlı Mahir Mədətovun - Mahir Emrelinin də olduğu 4 oyunçumuz Fransanın "Lans" klubunda təcrübəyə göndərildi.
Kimisinin təcrübəsi uğurlu, kimisində uğursuz oldu. Yekunda hamısı Azərbaycana qayıtdı. Amma vacib olan bu idi ki, futbolçularımızın güclənməsi üçün bir uğurlu proses başlamışdı. Və bir gün bütün bu təşəbbüsün səbəbkarlarından "Bakı" klubunun sahibi oliqarx Hafiz Məmmədov müflis oldu (Allah bu çətin günlərində ona kömək olsun).
"Bakı" klubu fəaliyətini dayandırdı.
"Bakı"nın Uşaq Futbol Akademiyası dağıldı, ora toplaşan Azərbaycanın istedadlı uşaqları pərən-pərən düşdü.
Elə bir vəziyyət yarandı ki, səriştəsizlik, məsuliyyətsizlik ucbatından milyonları həqiqətən sağa-sola dağıdan, havaya sovuran klub heç olmasa akademiyanı, Azərbaycanın istedadlı uşaqlarını qoruyub saxlamaq naminə ayda 5-6 min manat tapa bilmədi. Kömək üçün AFFA-ya müraciət olundu. Elxan Məmmədov və komandası isə bildirdi ki... sizə ayıracaq pulumuz yoxdur. Azərbaycanda uşaq futbolunun faciələrinin memarlarından olan Bernhard Lippert adlı almana, daha doğrusu, nemesə isə AFFA ayına 15-20 min avro maaş verirdi.
Bu mövzuya çox toxunmuşuq. Elə isə bir neçə il əvvəl baş verən bu faktları niyə yada salıram? Çünki bu günlər uşaq futbolundakı problemlərdən danışanda AFFA və onun "qalxanları" yenə klubları hədəfə alır. Klubların məsuliyyəti var, bunu kimsə inkar edə bilməz. Amma əgər bir klub can üstədirsə, onu qorumaq, kömək əlini uzatmaq da AFFA-nın vəzifə və vicdan borcudur. Və bu mənəvi-professional qaydalar heç vaxt dəyişməməlidir: dünən də, bu gün də, sabah da.
Mən bir dəfə bu faktı telekanalda canlı yayımdakı çıxışımda da səsləndirdim, sonra o çıxışa görə federasiyadan kanala təzyiq və təsirlər də oldu, mənə efir qadağası belə tətbiq edildi. Demişdim ki, 10 ildə bu adam Azərbaycanın sərvətindən 2-3 milyon avro qazanıb, amma bizimçün bir nəfər, təkrar qeyd edirəm, bircə nəfər də olsun futbolçu tapıb üzə çıxarmayıb.
Bu adamın vəzifəsi Zaqatalada, Tovuzda, Lənkəranda, Gəncədə və digər bölgələrimizdə istedadlı uşaqları tapıb üzə çıxarmaq idi. Amma o bölgələrlə, kənd-kəsəklə Bakının "Port Baku"sunu "səhv salmışdı". Nə zaman yolum ora düşəndə şahid olurdum ki, restoranda divana yayxanıb, qarşısında da köpüklü alman pivəsindən vura-vura İngiltərə çempionatının oyunlarını seyr edir. Zaqatala, Tovuz, Lənkəran, Gəncədə və digər bölgələrimizdəki istedadlı azərbaycanlı məsum uşaqlar isə kövrək qəlbləri ilə ümid edirdilər ki, AFFA-dan gəlib, onları kəşf edəcəklər.
Və gördüyü bu "işlərə" görə bu maymağa hələ 15-20 min avro maaş da verilirdi, futbolçu taleyini AFFA-nın ümidinə buraxmış azərbaycanlı balalarına isə bir manat belə "tapılmırdı". U-16, U-17 komandaları Almaniyadan, Rusiyadan, Türkiyədən gətirilən legionerlərlə doldurulur, bunun üçün böyük vəsait ayrılırdı, özümüzün futbol məktəblərinə çatanda "büdcədə pul yoxdur" deyilirdi.
İndi il olub 2023. 10 il əvvəl milliyə gətirilib azərbaycanlı balasının yerini tutmuş, istəməyərəkdən olsa belə onun haqqına girmiş 16-17 yaşlı o legionerlərdən heç olmasa biri indi əsas millinin aparıcı üzv olmalı idi. Bəs, hardadı onlar? Biri öz ölkəsində qarson işləyir, biri marketdə çalışır, biri kokoreç bişirir... Yəni bütün sahələrdə vardılar, bir tək futboldan başqa. Deməli, onların yeri futbol deyilmiş.
Bəs futbolda bizə qalan kim olub? Yenə həmin "Bakı"nın, "Qəbələ"nin, "Neftçi"nin, "Qarabağ"ın yetirmələri. Öz balalarımız. Öz azərbaycanlılarımız. Bizimkilər bizimlədir. Güclüsü və zəifi ilə...
Bizlə olmayanlar isə bizimlə deyillər. Kiçiyindən böyüyünə kimi. Azərbaycanlısından almanına kimi. O binanı özülü ilə birgə dağıdıb gediblər...
Və sonda.
"Qarabağ" klubu "Qalatasaray"la qardaşlaşmış klub olub. Ümid edək ki, tezliklə Ağdam təmsilçisinin aşağı yaş qruplarından 3-4 oyunçunu "Qalatasaray"da təcrübədə görə biləcəyik.
Aydın Bağırov
Email: [email protected]
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı
Acun alacağı yeni klubun adını açıqladı
İdman direktoru baş məşqçi təyin olundu
Yunanıstan mediası Terimin istefaya göndəriləcəyini yazır
Arda: "Real" mənə Modriçin varisi olacağımı dedi"
"Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişdirildi
Rəşad Sadıqovun ittihamı kimlərə yönəlib? - Video
"Mançester Yunayted"də qalacaqlar
"Bavariya" - "Real" oyununu göstərəcək kanallar
Levandovski: "Bu yay "Barselona"dan ayrılmağım mümkün deyil"
Azərbaycan millisinin üzvündən qol ötürməsi - Video
"Lester" çempion oldu
“Barselona”dan əzmkar qələbə
A seriyasında 34-cü tura yekun vuruldu
Cəlalın komandası qələbəni əldən verdi - Video
“Bavariya” – “Real” oyununa hakim təyinatları müəyyənləşdi
"Prinsipim Rəşad Sadıqovla deyil" - Elmar Baxşıyev
"Real" "Bavariya" ilə oyun üçün iştirak ərizəsini açıqladı
"Araz-Naxçıvan" "Zirə"yə belə qalib gəldi - Video
“Zirə” “Araz Naxçıvan”a uduzdu
Mehriban Əliyeva Avropa çempionunu təbrik etdi
"Bakı Sportinq"im 5 cavabsız qolu - Video
Liderdən darmadağın, "Cəbrayıl"dan qələbə
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər
"Milan" müdafiəçisi ilə yolları ayırır
"Yalnız birlikdə uğur qazana bilərik” - Filip Ozobiç
Aleksis Sançes "İnter"dən ayrılır