“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç “Frayburq”a vurduğu qolu bugünlərdə yeni doğulan ikinci qız övladına həsr etmişdi. Ona görə də monteneqrolu oyunçu sevincini Bebetosayağı məşhur tərzdə, körpəsinə qucağında laylay deyirmiş kimi qeyd etdi.
Sonra gəlib “CBC Sport”un kamerasını dayanmadan öpərək sevincini teleekran vasitəsi ilə onu izləyən ailə üzvləri ilə bölüşdü. Amma heç bir dəqiqə keçməmişdi ki, bu sevinci Veşoviçin də, onun doğma ailəsinin də, nəhayət, mənəvi ailəsinin - siz azarkeşlərin də əlindən tutub aldılar. Məhz həmin hakim qərarı doğru idimi, yanlış idimi, bunu müzakirə etmək artıq nəyisə dəyişməyəcək. Sadəcə, Veşoviçin bu an nə hiss etdiyini təsəvvür etməyə çalışıram, amma təsəvvür edə bilmirəm. Ona görə edə bilmirəm ki, bunu bilmək üçün qanınla, ruhunla, bütün varlığınla məhz Veşoviçin yerində olmaq lazımdır…
***
Qarabağın bir zamanlarkı qara taleyini zaman-zaman onun adını daşıyan komanda da yaşayıb, indi yaşayır. Nə cür yaşayır? Gözümüzün önündə baş verir axı hər şey. Haqqı əlindən alınmaqla yaşayır.
Təmiz qolları sayılmamaqla…
Təmiz penaltiləri verilməməklə…
Klubun, bütöv bir komandanın, futbolçuların, o futbolçuların övladlarının haqqına girilməklə yaşanır.
Bir deyil, iki deyil, üç deyil, dörd deyil… Klub danışır, media etiraz edir, azarkeşin əsəbdən ürəyi parçalanır. Amma özümüz deyib, özümüz də eşidirik. Səsimiz həmin hakimləri bura göndərən UEFA-ya çatmır. Çatdırmırlar. UEFA-nın burda rəsmən tanıdığı qurum olan AFFA çatdırmır. Sponsorluğa görə milyonları bir gün belə gecikmədən çatdırır, amma insanlarımızın haqlı etirazını illərdir çatdırmır…
Rəsmi, ya qeyri-rəsmi ciddi etiraz edilmir. Edilsə hakim səhvləri, VAR səhvləri bu həddə çatmaz, çata bilməzdi. UEFA-da “Qarabağ”a lobbiçilik etmirlər. Dəstək vermirlər. Bizim azarkeşin, klubun istəyi nədir? Nəticəyə təsir edən, təkrar edim, sırf nəticəyə təsir edən hakim səhvlərinin azalması. VAR-ın ədalətli işləməsi. Amma…
Ammalar çoxdur. Çox olanda isə suallar da artır, şübhələr də.
***
Ermənilərin Henrik Mxitaryan adlı futbolçusu var. Bacısı UEFA-da işləyir. Tək canıyla ölkəsi üçün gücü çatan o iş qalmayıb ki, etməsin. Azərbaycanın da əleyhinə necə lazımdırsa, elə də işləyir. Bəs bizimkilər nə edib? UEFA-da, FİFA-da normal vəzifə tutanlarımız var. Orada təsir imkanları da az deyil. O dərəcədə ki, istəyəndə özlərini - özünü hətta FİFA-da direktor kimi yüksək vəzifəyə də gətirə bilir. Bu, balaca hadisə deyil. Öz çevrələrində olanlara münasibətdə hər cür dəstək göstərilir. Lazım olanda ağır cəzaları belə yüngülləşdirə bilirlər. Amma söhbət bu ölkənin Avropa futbolundakı yeganə siması “Qarabağ”a çatanda bu cənablar olurlar lal-dinməz.
Çünki…
***
Yeri gəlmişkən, Mxitaryanın bacısının UEFA-dakı vəzifəsi, təsir imkanı, maddi gücü çox geniş də deyil. Yəni bizim ordakı “innovativ kadrlarımız”dan qat-qat zəifdir. Amma məsələ görünür, bir tək pulda, vəzifədə də deyil. Həm də milli təəssübkeşlikdədir. O da hərədə bir cür olur: kimdəsə böyük, kimdəsə kiçik.
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada