Bu səhər İnternətdə onun barəsində qarşıma çıxan çoxsaylı yazıları oxuyanda bu cümlələri diqqətimi çəkdi. Deyir ki, "məşqçi həmişə, hər yaşında öyrənməlidir. Əgər o, öyrənməyi dayandırıbsa, deməli, daha məşqçi deyil”.
Bu sözlərdən peşəkar futbolla məşğul olan hər həs - öyrənən də, öyrənməyən də nəticə çıxara bilər.
O, birmənalı şəkildə futbolla yaşayan insan olub. Ölümə gedən yolu da elə futboldan keçib. Ağır insultu (7 may, 2002) məhz oturduğu məşqşi skamyasında keçirib. Altı gün sonra isə (13 may, 2002) xəstəxanada vəfat edib.
Əfsanəvi Valeri Lobanovski...
Onun məşqçiliyinin parlaq dövrü mənim uşaqlığıma təsadüf etdiyindən barəsində daha çox oxuduqlarımdan, eşitdiklərimdən bilirəm. Dəmir intizamı barədə aşağıdakı bu fakt həqiqətən heyrət doğrur. Gərək ki, SSRİ yığması və Kiyev “Dinamo”sunun futbolçusu olmuş Vasili Ratsın xatirəsidir. Danışır ki, bazar günü bütün komanda Kiyevdə toyuma yığışmışdı. Baş məşqçi Valeri Lobanovski də onların arasında olur və hətta evlənənlərin şərəfinə tost da deyir. Buna baxmayaraq, Vasili Ratsa bildirilir ki, komandanın sabahkı məşqinə gəlsin. Rats buna əməl edir və bazaya gəlir. Amma cəmi 10-15 dəqiqəlik gecikmə ilə. Valeri Lobanovski isə onu məşqə buraxmır və bir gün əvvəl toyu olan futbolçusunu əsas komandadan uzaqlaşdıraraq əvəzedici heyətə göndərir!
Valeri Lobanovskinin belə bir fikri var: “Özünə hörmət qoyan məşqçi bu üç şərtə mütləq əməl etməlidir – ətrafını eşitməli, baş verənləri görməli və öz sözünü deməlidir”.
Ratsa bu münasibət mərhəmətsizcəsinə, hətta qəddarcasına da görünə bilər. Amma futbolun yazılmamış qaydası da var – sərt intizam. Heç şübhəsiz, Lobanovskinin parlaq uğurlarının başlıca səbəblərindən biri də məhz bu intizamı olub. Və həm də ətrafını eşitməyi, baş verənləri görməyi...
Andrey Şevçenkonu kim Andrey Şevçenko etdi? Onun isdedadımı, yoxsa Valeri Lobanovskimi? Hər ikisi söyləyə bilərik. Amma uzaqgörənlik etmək, bu gün milyonlar var deyə, səbrli, təmkinli davranıb tələsik qərar verməmək də hər məşqşiyə görə deyil. Lobanovski həm də uzaqgörən məşqçi olduğuna görə 18 yaşında ulduzu parlayan futbolçusu Şevçenkonun “Milan”a satılmasına icazə vermir. Və buna bir səbəb gətirir – “Hələ vaxtı deyil. İndi getsən Avropada məhv olub geri - Ukraynaya qayıdarsan”. “Dinamo” Kiyev Şevçenkonu “Milan”a Lobanovskinin istəyi ilə 1 il sonra, 1999-cu ildə və daha baha qiymətə satır. 24 milyon dollara. Lobanovski Şevanı məhz zamanı gələndə “Milan”a buraxır. Onun İtaliyada hansı fərdi uğurlara nail olduğunu isə sadalamağa ehtiyac yoxdur.
Lobanovski təkcə vətəni Ukrayna deyil, Avropa və bütün keçmiş SSRİ ölkələrinin futbolu üçün bir usdad məşqçi, böyük şəxsiyyət olub. Heyf ki, ürəyindəki problemlər səbəbindən erkən yaşda (63) dünyasını dəyişdi.
Dünən, yanvarın 6-da 82 yaşı tamam olurdu. Amma necə deyərlər, Valeri Lobanovski ölməyib. Bu gün Ukrayna futbolunun qazandığı uğurlarda onun ruhu, nəfəsi hiss olunur...
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada