Yazıya atalarımızın bu məşhur sözləri ilə başlamağımın səbəbi son vaxtlar Polşa mətbuatında futbolçumuz Mahir Emreli haqda neqativ xarakterli informasiyaların yayılmasıdır. Daha doğrusu, o xəbərlərin olduğu kimi bizim idman mətbuatında da tirajlanması.
Məsələ nədir?
Mahir axır vaxtlar qol vura bilmir deyə Polşada bəzi futbol mütəxəssisləri narazılıqlarını (haqlı, ya haqsız) ifadə edirlər. Əlbəttə, hücumçunun vəzifəsi qol vurmaqdır ki, Mahir də sırf buna görə “Legiya”ya transfer olunub. Onun işininin öhdəsindən nə dərəcədə gəldiyini söyləmək üçünsə bəzilərinin özlərini əziyyətə salıb tanış olmadıqları bu qısa statistikanı təqdim edirəm. Bu mövsüm Emreli bütün turnirlərdəki (Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələləri, Avropa Liqasının qrupu, Polşa çempionatı və Polşa kuboku) 24 oyunda 10 qol vurub, 1 qolun da ötürməsini edib. Və həmin bu 10 qolun 6-sını futbolçumuz avrokuboklarda vurub ki, bildiyiniz kimi, rəqiblərdən də biri İngiltərənin “Lester” komandası olub. Bu gün Mahiri tənqid edən elə həmin polşalı mütəxəssislərin, jurnalistlərin əksəriyyəti özləri etiraf ediblər ki, həmyerlimiz “Legiya”nın bu mövsümdə ən uğurlu transferi olmaqla yanaşı, həm də ən faydalı 2-3 oyunçusundan biridir.
Adamı yayda “Legiya”ya Tomas Pekhartın əvəzedicisi qismində gətirmişdilər, amma Mahir Çexiya millisinin hücumçusunu ehtiyata göndərib. Tomas Pekhart isə o futbolçudur ki, ötən mövsüm 22 qolla nəinki “Legiya”nın, həm də Polşa liqasının bombardiri olub. Əlbəttə, o, bu 22 qolu və üstəgəl digər 2 rəsmi qol da olmaqla 24 qolu 3-5 oyuna yox, 33 oyuna vurub. Yəni nə Pekhart, nə Mahir və nəinki Mahir, heç Kriştiano Ronaldo ilə Lionel Messi də hər oyun qol vuracaq deyə bir təminat yoxdur.
Doğrudur, Polşa çempionatı bizim avara çempionatın tayı deyil. Liqaya böyük ictimai maraq var (media və azarkeş səviyyəsində). Bu mənada tənqidin hər oyundan sonra olması belə qaçılmaz və normaldır. Amma məsələ budur ki, bu tənqidlərin peşəkar yükü nə qədərdir?
Təəssüf ki, bu məsələyə görə Azərbaycanla yanaşı Polşanın özündə də ciddi problemlər sezilməkdədir. Bəzən mütəxəssis adlandırılanların yanaşması heyrət doğurur. Bilmirsən, bu həqiqətən keçmiş futbolçu, ekspetdir, yoxsa diletant azarkeş. Daha da təəccüblüsü odur ki, Mahir haqda neqativ xəbərlər məlumatı yoxlamadan, onu səsləndirənin kimliyinə aydınlıq gətirmədən dərhal bizim bəzi saytlarda da tərcümə olunaraq olduğu kimi yayımlanır. Hətta o səviyyədədir ki, bir kefli azarkeşin Feysbukda sərxoş beyinlə yazdığı şərh də xüsusi xəbərə çevrilir.
Bəs, əslində bunu ehtiyac varmı? Şəxsi fikrim budur ki, xeyr. Ümumiyyətlə, əsası olmayan və bəzi “mütəxəssislərin” bir çox qeyri-peşəkar yanaşmasının futbolçumuza mənəvi-psixoloji təzyiqə yol aça biləcəyinin də fərqinə varmalıyıq. Yəni bir dəli quyuya daş atırsa, məcbur deyil ki, yuz ağıllı yığılıb onu çıxarsın.
Və sonda.
Medianın legionerimizin personasına marağının olması, onu tənqid etməsi də təbiidir. Amma bu zaman o fakt diqqətdən qaçmamalıdır ki, Mahir bir neçə oyunda qol vura bilməsə də, yenə də “Legiya”nın ən fəal və üzərində ən çox işləyən oyunçularındandır.
Amma təəssüf ki, biz Mahirin oyunlarını yaxından, idman kanallarımızdan birinin canlı yayımından izləmək imkanından məhrumuq. Halbuki bir tək “Legiya”nın oyunlarını burada yayımlamaq TV-lər üçün kiçik məbləğ tələb edir. Dövlətdən maliyyələşən “İdman TV” də, AFFA-nın xətti ilə “CBC Sport” da bunu təşkil edə bilər. Hərçənd biz bu məsələdə müəyyən ayrı-seçkiliyi görə bilirik. Məsələn, bir neçə il əvvəl AFFA-nın dəstəyi sayəsində Potuqaliya liqasında oynadıqları üçün Emin Mahmudov və Kamran Ağayevin o vaxtkı komandası “Boavişta”nın oyunları “CBC Sport”da canlı yayımlanırdı. Amma Mahirin komandasının oyunlarına ümumiyyətlə, laqeyd münasibət var.
Niyə?
Bəs, Mahir bizim üçün kimdir?..
Əlbəttə, birinci növdəbə milli komandamızın hücumçusu.
Və yeri gəlmişkən, o, daha “Qarabağ”da oynamır.
Aydın BAĞIROV
[email protected]
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas