Bir gün Əzrayıl şahın sarayına gəlib deyir ki, bəs, indi iki nəfərin canını alacağam. O dəqiqə hamının baxışı nökərə yönəlir. Məzlum nökər də cavab verir ki, yaxşı, həmin iki nəfərdən biri mən, bəs, o biri kim olacaq?
İndi lətifəsi Samir Abasovdan uzaq. “Neftçi”nin avrokuboklardakı, yerli liqadakı uğursuzluğunun bir, yaxud birinci səbəbkarı olsun məşqçi. O biri səbəbkarların adlarını isə saxlayaq yazının sonuna.
***
Məşhur filmimiz olan “Görüş”də Münəvvər xalanın Kamilə dediyi tutarlı bir söz var: dil pəhləvanı. Bu söz o kəslərə aiddir ki, əlindən bir iş gəlmir, əfəlin, bacarıqsızın da biri olur. Təəssüf ki, bu gün böyük klublarımızdan olan “Neftçi”nin rəsmiləri, hətta rəhbərliyi arasında belə adamlara rast gəlmək mümkündür .
“Neftçi” hər zaman öz tarixi, futbolçuları, sadiq azarkeş ordusu ilə Azərbaycanda örnəklərdən, öncüllərdən olub. Futbolumuzdakı azsaylı ilklərinin böyük əksəriyyəti məhz bu klubun adıyla bağlıdır. Təkcə elə bu faktlara görə futbolçusundan mətbuat katibinə, mətbuat katibindən məşqçisinə, rəhbərliyinə qədər hər kəs onun adına, tarixinə hörmət etməyə borcludur. Kluba pul qazandığı iş yeri yox, bir dəyər kimi yanaşmalı, adı ətrafında da klounluq etməməlidir. Unutmayaq ki, futbol boşboğazların, dil pəhləvanlarının deyil, dilinə görə dilçəyi olanların meydanıdır. Mən yox, ötən həftə “Qarabağ” – “Neftçi” matçının sonunda tablodakı 4:0 hesabı deyir bunu...
Və adətən, belə ağır məğlubiyyətlərdən sonra böyük klubların rəhbərliyi futbolçusunun, məşqçisinin arxasında dağ kimi dayanmağı bacarmalıdır. Dünyada minlərlə klubu nümunə kimi sadalamaq olar. Amma o klubların arasında biz “Neftçi”nin rəhbərliyini görə bilmirik. Ona görə görə bilmirik ki, “Neftçi” Müşahidə Şurasının Zaur Qəhrəmanov adlı üzvü Feybsukda yazır ki, “Samir Abasova 15 il də vaxt verilsə, o, ən uzağı musiqili komediya teatrında səhnə quraşdıra bilər". Bir klub rəhbərinin öz məşqçisini ələ salan fikrinə bir də diqqət edin: “Samir Abasova 15 il də vaxt verilsə, o, ən uzağı musiqili komediya teatrında səhnə quraşdıra bilər".
Klub rəsmisinin ictimai formada belə qeyri-etik müzakirə açmasını bir kənara qoyuram. Gəlirəm ona ki, Zaur Qəhrəmanov “Neftçi” Müşahidə Şurasında maliyyə məsələsinə nəzarət edən, qərarların qəbul olunmasında yaxından iştirak edən şəxslərdəndir. Amma görünür, “Neftçi”də çalışdığı bu illər ərzində teatra, incəsənətə futboldan daha artıq vaxt ayırıb. Yoxsa məntiqlə Samir Abasova “ən uzağı musiqili komediya teatrında səhnə quraşdıran biri” kimi baxan səlahiyyətli şəxs onun baş məşqçi təyinatına da razılıq verməməli idi.
***
Ümumiyyətlə, “Neftçi” rəhbərliyinin baş məşqçisinə bu aşağılayıcı münasibəti təəccüblü də deyil. Çünki Feysbukdakı belə kamranvari ideologiyanın ənənəsini də, adından göründüyü kimi elə Kamran qoyub. Quliyev Kamran. Yəni “Neftçi”nin prezidenti...
Merhaba, Kamran!
O, Feybsukdakı ikicavablıq sorğuda o vaxtkı baş məşqçiləri Tərlan Əhmədova “getsin” demiş, bununla da tarixə öz məşqçisinin əleyhinə səs verən unikal klub rəhbəri kimi düşmüşdü. Ta o vaxtdan Azərbaycanın, o cümlədən dünyanın futbol ictimaiyyəti yeni bir cərəyan yaratdığına görə Kamran Quliyevi nadir tapıntı kimi indiyədək təbəssümlə xatırlayırlar...
Hoşca kal, Kamran!
***
Nökərin əhvalatı hər nə qədər gülməli görünsə də, bir o qədər düşündürücü və kədərlidir. Bəli, hər zaman zülm çəkənlər irəli verilib. Bu hadisənin tarixdə həqiqətən baş verib-vermədiyi bilinmir. Amma “Neftçi”də bu gün yaşananlar xəyal yox, gerçəkdir. Avrokuboklarda bərbad nəticələr, çempionatda “Qarabağ”a ardıcıl məğlubiyyətlər, məşqçisinə camaatın gözü qarşısında lağ edən rəhbərlik. Və bu, artıq bir teatrda səhnələşdirilmiş tragikomik tamaşaya, əsərə bənzəyir.
Zaurların, kamranların yazdığı əsərə...
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada