Əgər bu gün təsadüfən yazı arxivimə göz gəzdirməsə idim, həmin söhbətin gedişatı da yadımda qalmayacaqdı.
Tarix 2018-ci ilin aprel, ya may ayıdır. Zəngləşdik, geniş müsahibə üçün vaxtı təyin etdik və özünün təklifi ilə Bakıdakı restoranlardan birində görüşüb həm axşam yeməyi yedik, həm də nəzərdə tutduğumuz kimi bir xeyli söhbət etdik. Xeyli deyəndə ki, 4 saata yaxın...
Və bu 4 saatlıq söhbətin sırf siz oxucular üçün nəzərdə tutulan hissəsi hardasa 2 saat çəkdi. Sonradan Qol.az-da yayımlandı ki, onun da linkini bu yazının sonuna əlavə edəcəm ki, həm söhbətimizin təfərrüatına çox varmayım, həm də kimə maraqlı olsa, bir daha oxusun. Amma söhbətdə bir kiçik detal diqqətimi xüsusi çəkdi ki, bu yazını bölüşməyimə səbəb oldu...
Və o detal nədir ona gəlim ki, futbolçu necə yetişir, "Qarabağ" kimi lider komandamızın əsas heyətinə necə düşür, bir futbolçu və şəxsiyyət kimi necə formalaşır, sizdə təxmini ümumi fikir yaransın. Yaransın ki, gənc futbolçularımıza güvən, yeri gələndə hətta bir valideyni əvəz edərək tərbiyə etmək üsulu göz önündə canlansın. O üsul isə bəzən futbolçunu əzizləmək, bəzən nazıyla oynamaq, bəzən də yumşaq desəm, qulağını burmaqla keçir..
Və cəmi bir cümləylə gəlirəm o dövrə ki, Mahir Mədətovun (həmin müsahibəni götürəndə hələ soyadını dəyişib Emreli olmamışdı) "Qarabağ"da ərköyün, ara-sıra da intizamsızlığı haqda xəbərlərinin gəldiyi vaxtlar idi. Sonra Mahir Avropaya, indi uğurla oynadığı Polşa "Legiya"sına getdi. Amma necə getdi? Və gedəndən sonra "Qarabağ"da daha hansı gənclər yetişir? Əlbəttə, söhbət təkcə indi adı çoxumuza tanış olan Toraldan, Elvindən, Musadan, İsmayıldan getmir. Bəs, adları hələ bizə çox tanış olmayan Ayhan, Zamiq, Amin və digər gənclər?..
Bu futbolçuları Qurban Qurbanov necə yetişdirir? Daha doğrusu, onun bəzən sərt görünə biləcək iş metodu necədir?
Aşağıda sizə həmin müsahibədən qısa bir hissəni təqdim edirəm. Yəni Qurbanovun işinin geniş ictimaiyyətə bilinməyən tərəflərini.
***
Aydın Bağırov: ...Həmin açıqlamalardan sonra mənə elə gəldi ki, siz sanki öz “KQB”nizi, yaxud gizli bir təşkilat yaradıb, futbolçularınızın məşqdən sonrakı həyatına daim nəzarət edirsiniz.
Qurban Qurbanov: Açığı, hər hansı təşkilat yaratmamışam (gülür). Amma Bakı kiçik şəhərdi. İstədiyin insana nəzarət edə bilərsən. Çünki hər yerdə tanışlarımız, dostlarımız var. Əlbəttə ki, əlavə də bu işlə özləri maraqlanan insanlar var.
Aydın Bağırov: Özləri maraqlanan? Könüllü şəkildə?
Qurban Qurbanov: (pauza) Könüllü, könülsüz... (gülür). Yəni bu bir az başqa məsələdir. Mənim bir düşüncəm var. Kim milli komandanı, Azərbaycan futbolunu təmsil edirsə, onlar bunun məsuliyyətini hiss etməlidilər. Mənim üçün bu gün hər iki komandada işləmək çox ağırdır. Həm “Qarabağ”, həm milli komanda elə bir yerdir ki, burada mən vaxt keçirmərəm. Bu işə məsuliyyətsiz yanaşsam, bir azərbaycanlı kimi özümü bağışlaya bilmərəm. İstəyirəm ki, bizim futbolçular bunu dərk eləsinlər. Futbolçuların da hansıyla oturub, söhbət eləyəndə, ümumən onların heç birinə etirazım yoxdur. İnsani keyfiyyətlərindən xoşum gəlir. Söhbət edib, baxacaqsınız ki, bunlardan yaxşı, saf insanlar yoxdur. Mən bir qardaş, müəllim, dost kimi üzərimə düşəni edirəm. Bizim cəmiyyət bir az başqa cür formalaşmağa başlayıb. Bununla mübarizə aparmağa da hər gəncin gücü çatmır. Ona görə də mən onları nəzarətdə saxlamalıyam. Tək mən yox, hamı nəzarət etməlidir. Bir dəfə mən müsahibədə o cavanların hətta ailələrinə öz fikrimi çatdırmışdım ki, onlar özləri övladlarına kömək olmalıdılar.
Aydın Bağırov: Mahir Mədətovun atasını qeyd etmişdiniz.
Qurban Qurbanov: Mən tövsiyə edirəm həmişə. Elə bir valideyn tanımıram ki, öz övladına inanmasın, güvənməsin. Amma iş orasındadır ki, futbolçu var ki, özü düşünmədən, bilmədən gedib başqa həyat formalaşdırır. Yenə deyirəm, siqaret çəkmir, içki içmirlər. Kimi də dindirirsən, dost-tanışımlayam deyir. Bu gün haradasa bir saat, sabahı üç saat oturur və bir də gözünü açır ki, artıq səhər saat 5 olub.
Aydın Bağırov: Siz deyirsiniz ki, futbolçu ancaq futbolla yatıb, futbolla da dursun?
Qurban Qurbanov: Başqa cür mümkün deyil.
Aydın BAĞIROV
P.S. Qurban Qurbanovla həmin söhbəti burada oxuya bilərsiniz
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi