"Aberdin"lə Bakıdakı oyunun ertəsi günü Qurban Qurbanova zəng edirəm.
Diqqətimi o məqam çəkir ki, Respublika Stadionunun ot örtüyü hər nə qədər bərbad olsa da, bu, topla yerlə oynamağı xoşlayan "Qarabağ"ın öz ustalığını göstərməsinə tam mane ola bilmir. Daha əvvəl AEL-lə görüşlər, sonra şotlandlarla Bakıda qələbə ilə bitən ilk matç komandanın yeni və fərqli bir inkişaf yoluna qədəm qoyduğunu göstərir.
Fərqli olan nədir?
Fərqli olan odur ki, bu günün "Qarabağ"ı ötən ilin "Qarabağ"ı deyil. Bu günün "Qarabağ"ı ondan əvvəl Avroliqada qrupda oynayan "Qarabağ" da deyil. Nəhayət, bu günün "Qarabağ"ı heç Çempionlar Liqasının qrupuna düşməklə tarixində ən yüksək uğuru qazanan 2017-ci ilin "Qarabağ"ı da deyil.
Komandanın sanki qanı, ruhu dəyişib və Qurban Qurbanov gələcəyin yeni "Qarabağ"ını qurur. Hansı ki, əgər indi yaxşı durumda olan futbolçular zədələnməsə, istedadlı və perspektivli gənclərimiz erkən gələn şöhrətdən başgicəllənməyə tutulmasa, bu "Qarabağ" Avropada artıq ən azı qrup mərhələlərini adlamaqla daha yaxşı uğurlar qazanacaq. Və belə bir nikbinliyin qaynağı heç də dünən İsveçrə futbolunun nəhənglərindən olan "Bazel"lə Bakıdakı 5 ulduzlu oyun deyil.
Qurban Qurbanov bir neçə ildir daha güclü "Qarabağ"ın qurulması istiqamətində pərakəndə yox, sistemli, qaçaraq yox, təmkinli, hay-küyçü yox, soyuqqanlı bir iş aparır. Bu təmkinli siyasətin nəticəsi ona gətirib çıxarıb ki, artıq heyətdə 19-22 yaşlı azərbaycanlı balaları da - Toral Bayramov, Elvin Cəfərquliyev (indi zədəlidir), Musa Qurbanlı, İsmayıl İbrahimli kimi gənclər oynayır.
Ehtiyat heyətdə yer alan digər gəncləri demirəm hələ. Bu oyunçular həm "Qarabağ"ın, həm də millinin gələcəyidirlər. Və onları yetişdirmək üçün Qurban Qurbanov öz köməkçiləri ilə birgə məşq meydanında günlərini deyil, aylarını da deyil, illərini sərf edib. Təkrar yazıram, illərini. Və bu faktı da ona görə xüsusi qeyd edirəm ki, bu gün və ardıcıl 8 ildir "Qarabağ"ın qrupa düşməsinə səbəb olan uğurlar göydən zənbillə düşməyib. Ona görə də sabah bir məğlubiyyət olan kimi ildə bir dəfə avrokubok matçına baxan dırnaqarası “futbol professorları” bilib-bilmədən belə geniş miqyasda əziyyəti olan insanların haqlarına girməsinlər. Əvvəl gəlib Azərbaycan çempionatına baxsınlar. Görsünlər ki, necə olur ki, 8 komandalı rəqabətsiz çempionatın təmsilçisi dayanmadan qruplarda oynayır. Özü də ancaq və ancaq “Qarabağ” oynayır, başqaları yox. Bunun da onlarla səbəbi var. Birini qeyd edim.
"Qarabağ" yerli futbolçuların yetişdirilməsindən tutmuş legioner oyunçuların seçiminə qədər hər şeyi incəliyinə qədər öyrənmək, təhlil etməklə, daha da önəmlisi yeyintilərə yol verməməklə komanda qurur. Yoxsa, hər şey kor-koranə və qeyri-şəffaf olsaydı, bu komandanın üzqarası olan məlum klublarımızdan fərqli olmazdı...
Baxın, Kevin Medinaya. Rəşad Sadıqovu bir müdafiəçi kimi necə layiqincə əvəz edir. Müdafiə xəttindəki müsbət statistikaya fikir verin. Komanda bu mövsüm 10 rəsmi oyunda cəmi 4 qol buraxıb. Onun da 3-nü penaltidən.
Yaxud yeni gələnlərdən Kadi. Qısa zamanda Ozobiç kimi ustanı ehtiyata göndərərək liderlərdən birinə çevrilib. Amma əlbəttə, hələ də çatışmazlıq var. O da hücumla bağlıdır. "Bazel"lə dünənki matçda "Qarabağ" müdafiə və yarımmüdafiədə əla oyun göstərsə də, məlum, yenə də qol çatmadı. Amma yeni hücumçu İbrahima Vadji yaxşı qol duyumu, uğurlu mövqe seçimi və "ikinci mərtəbə"də oynamaq bacarığı olan oyunçudur...
Qalır qolları sıralamaq və… Dino Ndlovunun, Reynaldonun uğurlarını kölgədə qoymaq.
***
Bu ümumi fikirlərimi telefonda Qurban Qurbanova da çatdırıb onu təbrik edirəm. 2-3 il sonra bu komandanın 2017-ci ildəki “Qarabağ”ı da geridə qoya biləcəyini söyləyirəm. Özünəxas təvazökarlıqla cavab verir. Yeni bir komanda qurmaq istiqamətində çalışdığını söyləyir.
Yeni komanda...
Yeni “Qarabağ”...
Amma bəli, buna da zaman lazımdır. Hə, bir də səbr. Qurban Qurbanovun səbrindən...
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada