Səhər tezdən yuxudan oyanıb elektron poçtumu açanda UEFA-ya göndərdiyim sorğuya cavab gəldiyini görürəm. Məktubun məzmunu belədir: “Əziz Aydın! Məmnunluqla bildiririk ki, “Avro-2020”nin oyunlarına qeydiyyatınız təsdiqlənibdir”.
Əlbəttə, günü belə yaxşı xəbərlə açmaq ovqatımı daha da yüksəldir. Ona görə ki, Avropa çempionatının final mərhələsinə ilk dəfə jurnalist kimi qatılacağam. Bu duyğular içində istər-istəməz 2018-in dünya çempionatının açılış oyununu xatırlayıram. O matçı “KİA Motors” şirkətinin qonağı olaraq İlkin Fikrətoğlu ilə Moskvanın “Lujniki” arenasında birgə izləmişdik. Və onda Rusiya paytaxtının küçələrində, stadionda gördüyüm ab-havaya bir az paxıllıq edən kimi də olmuşdum. Çünki qərib ölkələrdə olanda orada gördüyün müsbət nə varsa, onların bizdə olmasını daha çox arzulayırsan. İndi həmin anlar yetişib. Dünya çempionatı olmasa da, Avropa çempionatı mikro səviyyədə Bakıda da olacaq. Pafos kimi də qəbul edə bilərsiniz, bu, bir ölkə üçün tək futbol deyil, siyasi, iqtisadi mənada da böyük bir hadisədir. Şəxsi fikrimcə isə indiyədək Azərbaycanda təşkil olunacaq ən böyük idman yarışıdır. Və Azərbaycan dövlətinin, AFFA-nın yarışın yüksək səviyyədə keçməsi üçün apardığı işi layiqincə başa vuracağına da şübhəm yoxdur.
Amma ona da hazır olmalıyıq ki, bu bayram havasını korlamağa cəhd edənlər, futbolu bəhanə edib bizi ləkələməyə çalışanlar da olacaq. Rus mediasına fikir verin. AFFA-nın erməni şərhçi Nobel Arustamyana Dağlıq Qarabağa qanunsuz səfər səbəbindən qoyduğu bloka görə 3 gündür iftira şousunu dayandırmaq bilmir. Prosesi başlayanlardan biri isə məşhur şərhçi Vasili Utkindir. Vasili Utkin əvvəllər Bakıda qonaq olar, qara kürüdən yeyər, Moskvaya qayıdanda isə ermənilərlə qırğına çıxardı. Bu, həmin Utkindir ki, ermənilərin dolmaya görə başladıqları ucuz kampaniya zamanı bizi müdafiə edərək onlara elə beləcə də deyərdi: “Gedin, tullanın!”
Ona görə ki, Utkin “Bakılı oğlanlar”la yaxın idi. Murad Dadaşovun 2011-ci ildə Qol.az saytına dərc olunan müsahibəsində dediyinə görə isə, Utkin Anar Məmmədxanovla dost idi. Və demə, rus şərhçinin bizə əslində sonra bilinən təmənnalı dostluğu da burdan qaynaqlanırmış. İndi belə görünür ki, məhz vətənpərvər azərbaycanlı Anar bəyin vəfatından sonra Utkin keçib ermənilər tərəfə... Yəni o, bu qədər nankor, hiyləgər biridir və Utkin kimisi ermənidən daha təhlükəlidir. Bizimkilərə dərs olsun.
***
Təhlükəsizlik tədbirlərinə görə Bakı Olimpiya Stadionu Daxili Qoşunların əsgərləri ilə əhatələnib. Arenanın ətrafında gənc könüllülər də çoxluq təşkil edir. Media üçün akkreditasiya mərkəzinə üz tuturam. Az sonra mənə qeydiyyat vəsiqəm verilməlidir. Sənədlərimi gözəl, mavi gözlü gənc bir xanım yoxlayır. Şəxsiyyət vəsiqəmlə UEFA-ya göndərdiyim anket məlumatları tutuşdurur. Sənədimi geri qaytaranda isə bu nəzakətli xanım utana-utana deyir: “Müraciətinizdə səhvə yol vermisiniz. Akkreditasiyanı bu gün ala bilməyəcəksiniz!”
Məndən qaynaqlanan kiçik texniki problem ucbatından təsdiq üçün yenidən UEFA-ya müraciət olunur. Hər işimi könüllülər görür. Sonrakı bir sutka ərzində zənglərlə, mesajlaşmalarla dəqiqləşdirmələr aparırlar. Kaş ki, vətəndaşlara qaba münasibət göstərən bəzi dövlət qurumlarının əməkdaşlarının yerində elə bu mədəni gənclər ola idi...
UEFA vəd etdiyi kimi bir gün ərzində müraciəti cavablayır və akkreditasiyamı yenidən təsdiqləyir. Oyunları “Avro-2020”nin keçiriləcəyi 11 şəhərdən 10-da izləyə biləcəyəm. Diqqət edin, 11 yox, 10 şəhərdə. Jurnalist kimi qeydiyyata alınmadığım yeganə şəhər isə Sankt-Peterburqdur. Halbuki qeydiyyat zamanı məhz həmin şəhərin adını Bakıdan sonra xüsusi qeyd etmişəm. Olmaya Nobel Arustamyan məsələsindən sonra ruslar da bizim jurnalistlərə blok qoyub? Əmin deyiləm. Çünki bir təşkilatçı federasiya hansısa jurnalistə blok qoyanda, bu, bir yox, bütün şəhərləri əhatə edir. Ümid edirəm ki, sadəcə, texniki məsələdir. Amma onu da düşünürəm ki, bizə münasibətdə kim indiyədək ədalətli olub?
***
Yaxşı ki, qardaş Türkiyə var. Və yaxşı ki, Türkiyə Avropa çempionatında, Bakıda da var.
İndi “ay-ulduzlular”ın oyunlarını gözləyək. Bayraqlarımızın yanaşı dalğalanacağı, 32 min türk və azərbaycanlının bir ağızdan “Qarabağ bizimdir!” nidasını səsləndirəcəyi o günü...
Aydın BAĞIROV
[email protected]
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı
Acun alacağı yeni klubun adını açıqladı
İdman direktoru baş məşqçi təyin olundu
Yunanıstan mediası Terimin istefaya göndəriləcəyini yazır
Arda: "Real" mənə Modriçin varisi olacağımı dedi"
"Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişdirildi
Rəşad Sadıqovun ittihamı kimlərə yönəlib? - Video
"Mançester Yunayted"də qalacaqlar
"Bavariya" - "Real" oyununu göstərəcək kanallar
Levandovski: "Bu yay "Barselona"dan ayrılmağım mümkün deyil"
Azərbaycan millisinin üzvündən qol ötürməsi - Video
"Lester" çempion oldu
“Barselona”dan əzmkar qələbə
A seriyasında 34-cü tura yekun vuruldu
Cəlalın komandası qələbəni əldən verdi - Video
“Bavariya” – “Real” oyununa hakim təyinatları müəyyənləşdi
"Prinsipim Rəşad Sadıqovla deyil" - Elmar Baxşıyev
"Real" "Bavariya" ilə oyun üçün iştirak ərizəsini açıqladı
"Araz-Naxçıvan" "Zirə"yə belə qalib gəldi - Video
“Zirə” “Araz Naxçıvan”a uduzdu
Mehriban Əliyeva Avropa çempionunu təbrik etdi
"Bakı Sportinq"im 5 cavabsız qolu - Video
Liderdən darmadağın, "Cəbrayıl"dan qələbə
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər
"Milan" müdafiəçisi ilə yolları ayırır
"Yalnız birlikdə uğur qazana bilərik” - Filip Ozobiç
Aleksis Sançes "İnter"dən ayrılır