Martın 31-də DÇ-2022-nin Avropa zonasında üçüncü tura yekun vuruldu.
Qanqaraldıcı durum odur ki, milli komandamız bu dəfə də yarışa uğursuz start verdi: 2 oyun, 2 məğlubiyyət. Üstəgəl rəsmi görüşlər arasında Canni de Byazinin futbolçuları Qətərlə yoxlama görüşündə də istəyinə nail ola bilmədi (1:2). Düzdür, Azərbaycan qrupun favoritlərinə - DÇ-2022-nin final mərhələsinə getməyə iddialı olan Portuqaliya (0:1) və Serbiyaya (1:2) uduzdu. Amma bu, acı həqiqəti dəyişmir. Unutmayaq ki, ölkəmizdə futbol infrastrukturunun ən ağır dönəmində, futbolçuların az pul qazanmasına görə “peraşki dövrü” adlandırılan zamanlarda Azərbaycan Portuqaliyadan 1, Serbiyadan isə düz 4 xal almağı bacarıb.
Bu gün biz qrupda axırıncı yerdəyik. Həm hərbi, həm iqtisadi sahədə qarşımızda çökmüş Ermənistan isə futbolda öz qrupunun lideridir – 3 oyun, 3 qələbə. Özü də Almaniyanın yer aldığı qrupda! Ermənistanın Futbol Federasiyasının büdcəsi xarici yardımlar hesabına 4 milyon avro ancaq təşkil edir, AFFA-nın illik büdcəsi isə dövlət qurumu SOCAR-ın hesabına formalaşdırılıb və 20 milyon manatdan çoxdur.
O biri qonşumuz Gürcüstan olmayan pulu ilə ən son Badri Kvaratsxeliyanın oğlu olan Xviçanı yetişdirib. 20 yaşı təzə tamam olan bu gənc ulduz indi “Rubin”in oyunçusu kimi Rusiya Premyer Liqasında at oynadır, bu gün-sabah Avropanın TOP-5 ölkələrindən birində də oynayacaq. DÇ-2022-nin seçmə mərhələsində əvvəl İspaniyaya, sonra da Yunanıstan kimi komandalara qol vurdu. Bizim Mahir Emreli, Ramil Şeydayev, ümumiyyətlə, Portuqaliya və Serbiya ilə oyunlarda meydana çıxan 18 futbolçumuz 2 oyuna cəmi 1 qol vurub, onu da penaltidən. Bütün bunlardan sonra adama deyərlər, xaricə hansı futbolçumuzu, nəylə və necə çıxaracağıq, Alış müəllim?
Gürcüstanın, Ermənistanın xaricdə o ölkə qalmayıb ki, orada çıxış etməyən futbolçusu olmasın. Hə, o dəqiqə ağlınıza Henrix Mxitaryan gəlir. Qarabağ müharibəsində dediklərini, ölkəsinin ordusuna maddi dəstəyini unutmamısınız. Bu oyunçusuna görə təmsil etdiyi klub “Roma” hətta Ermənistana yardım da göndərdi. Bunu ona görə yazıram ki, biz Qarabağda mxitaryanların hesabına dolanan ordu ilə döyüşüb şəhidlər verəndə Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov qorxaqcasına mediadan xahiş edirdi ki, bizi siyasətə qatmayın, çünki ermənilərlə ailəvi dostuq.
Bəs, Eddi İsrafilov kimdir?
AFFA-nın yüzminlərlə avro verib İspaniyadan millimizə gətirdiyi yarıafrikalı futbolçu. Bir tək Eddinin özünə, onun təyyarə biletinə və qaldığı otelə xərclənən pullarla Azərbaycanda neçə-neçə səviyyəli uşaq futbol məşqçisi, neçə-neçə vətənpərvər azərbaycanlı futbolçu yetişdirmək olardı.
Bəs, bunlar neyləyir?
Yaxın keçmişdən dərs götürmək əvəzinə indi də Aleksey İsayev adında başqa bir erməni sevdalısını milliyə cəlb edir. O da şəhidlərimizin ili çıxmamış, bu həssas dönəmdə Erik Avetyan adlı dostuna İnstaqramda publik formada yazır ki, sən mənim qardaşımsan.
Baxın, Dmitri Nazarova. Milliləşdirilmiş başqa bir nankor oyunçu. Bəli, ona da yaxın zamana qədər azı yüzminlərlə avro pul xərclənib. Amma ötən il millinin oyununa gəlmədi ki, Almaniyaya qayıdanda birdən 14 gün karantində qalaram. Yəni Azərbaycan mənim nəyimə lazımdır.
Bunlar onlarla bənzər faktdan sadəcə üç detal idi. Deməli, bu gün Azərbaycan millisinə nəticədən də vacib olan başqa bir şey lazımdır – MİLLİ olmaq.
İndiki hər nədirsə, yüz faiz milli komanda deyil. Və bunun da günahkarı kimin vicdanı yoxdursa, məhz o şəxslərdir. Vicdan oyanana qədər isə biz dünyanın futbol vitrinində ən eybəcər yerlərdən birində olacağıq. O yer haradır?
Cəbllütariq, Andorra, San Marino və Lixtenşteynin – bizim kimi sıfır xal toplayanların yanı.
Aydın BAĞIROV
[email protected]
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər