Ta qədimdən Rusiya idman mediasında erməni Henrix Mxitaryana böyük bir simpatiya hiss olunur. Təəccüblü də deyil. Səbəblər də bəlli olduğundan gələk əsas mətləbə. Yəni İlkay Gündoğana.
Bu mövsüm əla performansı ilə diqqət çəkir. Komandası olan İngiltərə nəhənglərindən "Mançester Siti"nin liderliyə yüksəlməsində əsas fiqurdur. Premyer Liqada 18 oyuna 11 qol vurub. Bu il isə 9 qol. "Boyük beşlik"də 2021-ci il üçün rekorddur bu.
Belə məqamlarda peşəkarlığı örnək olan Rusiya idman mediası daim bu yüksək göstəriciləri diqqətdə saxlayar, o futbolçu haqda hansı brendin tuman-köynəyini geyinməsinə, hansı modellə gecələdiyinə qədər araşdırma aparardı.
Amma əgər o futbolçu İlkay Gündoğan olmasaydı.
O futbolçu məhz İlkay Gündoğan olduğuna görə Rusiya mediası Mxitaryanı İranın və İvanın oğluymuş kimi Avropa futbolunun kralı kimi təqdim edir. Düzdür, erməni futbolçu da "Roma"da bu mövsüm 21 matça 9 qol vurub. Və bu yerdə hamımızın yadına düşür ki, bizimkiləri nəinki İtaliya və Avropada, heç qonşu Dağıstanda belə futbolçu yerinə qoymurlar. Düz söz adamı ağrıdar deyiblər...
Hə, deməli, "Siti"nin hazırkı bombardiri məhz İlkay olduğundan Mxitaryana, ya da Premyer Liqada oynayan Keynə, misirli müsəlman Salaha münasibətin 10 faizini belə İlkay Gündoğana münasibətdə görmək mümkün deyil. Qvardiola ya başqa böyük futbol adamlarının Gündoğan barədə son fikirlərini, Rusiyanın geniş idman mediasında görmək, çətin ki, mümkün olsun.
Niyə?
Çünki İlkay Almaniya millisinin oyunçusu olsa da, bəli, milliyyətcə türkdür. Və təkcə milliyyətcilik, tərəf tutmaq amili bu məsələdə də qabarıq şəkildə üzə çıxır.
Əslində bəlkə də xırda məqam kimi görünə bilər. Amma bunu niyə yazdım?
Yaxşı ki, Qarabağı geri ala bildik!
... Və Qarabağ Azərbaycandır!
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada