Dmitri Nazarov Qazaxıstanda doğulub, qeyri-rəsmi xəbərlərə görə, 1 yaşında Almaniyaya köçüb. Adı və soyadı ilə Azərbaycan bağlılığı olmayan bu oyunçu 2014-cü ildə, 24 yaşında yığma komandamıza çağırıldı. Dəvəti göndərən o vaxtkı baş məşqçi Berti Foqts olsa da, qərara ilk gündən dəstək verən, Nazarovu milliləşdirib ona Azərbaycan pasportu alan AFFA-nın bugünkü rəhbərliyi idi.
Guya Nazarovun babası azərbaycanlı imiş. Amma futbolçunun Almaniya jurnalistlərindən fərqli olaraq, bizim mediamıza nadir hallarda, o da candərdi verdiyi müsahibələrdən birindəki dolaşıq cavabları bu baba məsələsinin arxasında nəsə şübhəli məqamlar yaratmışdı.
Həmin bu Nazarov bu gün yaşadığı Almaniyadan mətbuat vasitəsi ilə mesaj göndərib ki, millimizin gələn həftə Bakıda Lüksemburqla keçirəcəyi rəsmi oyuna gəlmir. Daha doğrusu, kobud və hörmətsizcəsinə deyib: “Dəvət aldım, amma getmirəm”. Səbəb kimi koronavirus xəstəliyini əsas gətirib və bura yollanmağın “riskli olduğunu” söyləyib.
Belə düşüncəsiz fikirləri, loru dildə “siyasi quş buraxmaq” da adlandırırlar. Yəni Azərbaycan nə vaxtdan koronavirus xəstəliyinin ocağı, yuvası oldu ki, milli komandanın futbolçusu indi ölkəyə gəlməyi öz həyatı üçün təhlükə də sayır? Məlum, bizdə yoluxma riski maksimum səviyyədə aşağı saxlanılıb, dünya üzrə bu gün üçün Azərbaycan 61-ci yerdədir. Amma milli komandanın futbolçusu Azərbaycanı Afrika, Meksika, Kolumbiya, Banqladeş kimi yoluxmanın sürətlı yayıldığı ölkələrlə bərabər tutaraq Bakıya gəlməyi risk adlandırır. Özü də Almaniya kimi böyük bir ölkənin mətbuatında. İndi həmin açıqlamanı oxuyan alman azarkeşin bizim haqda nə düşündüyün də təxmin edin. Bir də FİFA, UEFA beynəlxalq oyunlara, komandaların gediş-gəlişinə icazə verəndən sonra hansı riskdən, təhlükədən danışmaq olar? Daha oynamaq istəmirsənsə, bu, başqa məsələ.
Şair demişkən, "getmək istəyirsən, bəhanəsiz get".
Bir məsələ də maraq doğurur. AFFA-nın rəhbərliyi xaricdə yaşayan legionerlərlə işi, maarifləndirməni hansı səviyyədə qurur, onlara nə deyir ki, Nazarov Azərbaycan barədə xarici mediada belə aşağılayıcı fikirlər də səsləndirir? Dövlət koronavirusla mübarizə üçün bu qədər iş görür. Camaatı razı da salır, haqlı olaraq narazı da, bu ayrı mövzudur. Amma bu o dövlətdir ki, onun futbola ayırdığı vəsaitlə AFFA Nazarov və onun kimilərinə bir kasıb azərbaycanlının bütün ailəsinə 10 il, 20 il bəs edəcək qədər pul ayıraraq millimizə cəlb edib.
Bu azmış kimi, illərdir uzaq ölkələrdən bura gəlib-getmək üçün təyyarə biletlərini alır, yığmada keçirdiyi hər gün üçün gündəlik xərclərini ödəyir, hələ üstəlik tək udanda yox, uduzanda belə mükafat verir. Bu altı ildə dövlətin bir tək Nazarova xərclənən pulu ilə Azərbaycanda uşaq futbol məktəbi qurmaq, onun müəllimlərinə normal maaş ayırmaq olardı. Amma bunlar bu pulu vətənpərvər azərbaycanlı futbolçunun yetişməsindənsə, bir naxələf legionerin özü üçün lüks həyat qurmasına yönəltdi.
... Və bu gün AFFA rəsmi açıqlama yayır ki, Nazarov Azərbaycandan qayıtdıqdan sonra 14 gün Almaniyada karatində qala biləcəyinə görə belə bir addım atıb. Yəni onun Azərbaycanın adına görə 2 həftə evdə oturmağa səbri, dözümü olmadı. Ona görə də bu və bunun kimilər Ermənistanla sərhəddəki son hadisəyə görə cəsarətləri çatıb sosial şəbəkədə Azərbaycana bir cümlə dəstək mesajı paylaşmadılar.
... İndi Azərbaycandan köçüb, ABŞ-da rahat həyat yaşasa da, hər addımbaşı bizə dəstək olan alban Ansi Aqolli belələrinə neyləsin?
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada