- Zəhmət olmasa, dayanın! Temperaturunuzu ölçməliyəm.
Tofiq Bəhramov adına stadionun qapısında duran “Qarabağ” klubunun mühafizəçisi əlindəki elektron qızdırmaölçən aparatı “Makarov” tapançası kimi alnıma dirəyir. Onda lap Hollivudun boyevik filmləri gözümün önündə canlanır. Zarafatla deyirəm ki, qardaş, tətiyi də çək, işini bitir. Gülərək cavab verir ki, keçə bilərsiniz, qızdırmanız normasındadır: 36.4.
Görün, koronavirus deyilən və bütün bəşəriyyəti barmağına dolayan bir xəstəlik dünyanın nizamını necə pozub, bizi hansı tragikomik bir duruma gətirib. Əvvəl, əvvəl deyəndə ki, 5 ay öncəyə kimi azarkeş bilet, jurnalist vəsiqə (akkreditasiya) ilə stadiona girirdi, indi isə... Fanatlar ümumiyyətlə, ora buraxılmır, klub rəsmisi, oyuna təhkim olunmuş şəxslər və jurnalistlər isə birinci alnını, ya da biləyini göstərib stadiona daxil olur. Yəni qızdırmanı ölçəcəklər və əgər işdi, aparatda 36.4, yaxud 36.9 deyil, 37 yazılsa, sənə “xoş gəldin” yox, “xoş getdin” deyib xəstə insanlar kimi yola salacaqlar ki, virus daşıyıcısı ola bilərsən!
Qınamalı deyil heç kimi. Hamı məcburiyyətdən, bir-birini qorumaq naminə görməməli olduğu işi görür, deməməli olduğu sözü deyir, istəmədiyi qaydaları tətbiq edir. Və o qaydalar futbolda da olduğu üçün dünən tribunada əyləşməli olan azı 20 min azarkeş matçı TV-də seyr etdi.
“Qarabağ” Çempionlar Liqasının birinci mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasını qəbul edirdi. Qəbul edirdi deyəndə ki, tribuna bomboş oldusa, yerli kimdir, qonaq kimdir, bunun meydan sahibi üçün bir mənası da qalmır. Futbolçunu, məşqçini həvəsləndirən, qızışdıran ilk növbədə azarkeşin səsi, nəfəsidir. Amma bunlar yox idi. Ona görə də “Tofiq Bəhramov”da hər yeri sakitlik, sanki hüzn bürümüşdü.
Bu quru, darıxdırıcı, Ağdam klubuna dəstəksiz mənzərə isə qonaqlarda kiçik bir qələbə ümidi yaratmışdı. O dərəcədə ki, “Sileks”in bizim media tribunasına qonşu sektorda oturan 2-3 nəfər nümayəndəsi cuşa gələrək bütün oyunboyu yorulmadan danışdılar-qışqırdılar, qışqırdılar-danışdılar. Yəni 30 minlik, amma əslində cəmi 300-400 nəfərin olduğu stadionda bu cənabların öz dilində nəsə danışmasını, bəzən hakimə deyinməsini eşitməyən qalmadı.
***
“Qarabağ”ın 4:0 hesablı qələbəsi layiqli və gözlənilən idi. Amma azarkeş olmayan matçda qazanılan uğurun ləzzəti də əvvəlki kimi olmur. Qələbə qazanıb ÇL-in finalına çıxan PSJ də istədiyi kimi sevinə bilmir, həmin yarışda ikinci mərhələyə adlayan “Qarabağ” da. Futbolda tətbiq edilən məlum qaydalar səbəbindən qələbənin yaratdığı coşqu, aura parça-parça olaraq hissələrə bölünüb gedib. Futbolçu qol vurur, sevincini bölüşməyə tribunada bir nəfər belə azarkeş tapmır. Və bu, bizim gördüyümüz, baxıb sevdiyimiz həmin futbol deyil.
O futbol bitdimi yoxsa?
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada