Koronavirus pandemiyası dövründə dünya və Azərbaycanda ən çox zərər görən sahələrdən biri də idmandır. Bütün idman oyunları dayandırılıb, nəhəng beynəlxalq qurumlar, yerli federasiyalar, klubların ümumi itkisi milyardlarla dollara çatıb.
Soruşa bilərsiniz ki, bəs, bu qlobal bəlanın bizim Gənclər və İdman Nazirliyi ilə əlaqəsi nədir?
Məsələ budur ki, martın ortalarından tətbiq edilən karantin rejiminə görə idman yarışları ilə yanaşı idmançıların məşqlərinə də qadağa qoyuldu. O cümlədən Azərbaycanda da. Və ilk gündən Prezident İlham Əliyevin liderliyi ilə koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün zamanında ciddi, qabaqlayıcı tədbirlər görüldü (və görülməkdədir). Yaranmış bəzi sosial problemlərin həlli istiqamətində mühüm addımlar atıldı, bu proses indi də davam edir. Nəticədə ölkəmizdə koronavirusa yoluxanların, bu xəstəlikdən vəfat edənlərin sayı Avropa və bizə qonşu olan digər ölkələrlə müqayisədə kəskin səviyyədə aşağıdır.
Buna görə də Nazirlər Kabineti karantin rejimini bir qədər yumşaltmalı oldu. Düzdür, idman sferası həmin məhdudiyyətlərdən kənarda qaldı. Səbəb də başadüşüləndir. Çünki indiki vəziyyətdə kütləvi yarışların bərpasına icazə verilməsi böyük həyati risk olardı. Lakin ilkin mərhələdə idmançıların və futbolçuların komanda deyil, qrup halında hazırlığına icazə vermək mümkün idi. Qrup halında məşq nədir? Əvvəlcə sanitar qaydalara əməl olunur, 3-4 dörd futbolçu bir məşqçinin rəhbərliyi ilə böyük futbol meydançasında və mütləq 2 metrlik sosial məsafəni gözləməklə məşq edir. Artıq Avropada bu cür məşqlərə icazə verilir. Özü də harda? Koronavirusun ocağı sayılan İtaliya, İspaniyada belə.
Koronavirus testindən keçdikdən sonra bu cür hazırlığın idmançıların həyatına və ətrafa təhlükə olmadığını həkimlər də təsdiqləyir. Yox, əgər Azərbaycanda indi real virus təhlükəsi varsa, bu, yüz faiz futbol meydançaları deyil, ən azə tıxılı-təpili avtobuslardır. İdmançılar və futbolçular bütün günü dar mənzillərində, həyətlərində məşq edirlər. Bununla onsuz da yaxşı vəziyyətdə olmayan formalarından daha da uzaqlaşırlar. Bəs, bu kədərli mənzərə qarşısında idmana cavebdeh dövlət qurumu Gənclər və İdman Nazirliyi nə edir? Faktiki heç nə.
Hökumət üzvlərinin verdikləri açıqlamalardan başa düşmək olur ki, idmanla bağlı yumşaltma, ümumiyyətlə, gündəmdə deyil. Qeyd etdiyimiz kimi isə bu gün söhbət heç də kütləvi idman yarışlarının yox, sadəcə, 3-4 nəfərin qrup halında məşqinin bərpasından gedir. Amma görünən odur ki, indiyədək Nazirlər Kabineti qarşısında məsələ ya qaldırılmayıb, ya da bunun üzərinə ciddi düşülməyib. Yoxsa hökumət onminlərlə idmançının əhatə olunduğu və dövlət başçısının özünün hər zaman xüsusi həssaslıqla diqqətində saxlayıb, dəstək verdiyi böyük bir sahəni görməzdən gəlməzdi. İdmançıların məşqi ilə bağlı yumşaldıcı qərar verərdi və verməsi arzuolunandır. Əks halda vaxtın uzanması idmançılara gələcək nəticələrində əlavə problemlər yaradacaq. Deməli, İdman Nazirliyi idman qurumlarının, klubların və idmançıların fikrini Nazirlər Kabinetinə çatdırılmalıdır.
O ki qaldı nazirliyin bugünlərdə idmançıları efirdə məşq etdirib iş görmək görüntüsü yaratmasına, özünüreklam üçün həmişə vaxt olacaq. Amma indi vaxt daha vacib işlərə sərf olunmalıdır.
...Və futboldan danışırıqsa, eyni sözlər həm də AFFA-ya aiddir.
“Evdə qalmaq” çağırışı heç də bütün günü evdə uzanıb istirahət etmək demək deyil. Hərəkətə gəlin! Koronavirusdan belə yararlanıb Feysbukda idman edib millətə özünüzü göstərdinizsə, topu bir-birinizə ötürüb qurtardınızsa, indi də axır ki, idmançılar və futbolçular üçün bir iş görün.
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada