“Qarabağ” – “Sabah” oyunundan əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin mediada koronavirusla bağlı gülməli açıqlaması diqqətimi çəkdi. O tam ciddiyyətlə demişdi ki, bu gün bu xəstəliyə görə, bizdə başqa ölkələrdəki kimi, oyunları təxirə salmağa ehtiyac yoxdur və əgər zərurət yaranarsa, onların B planı var. Gülməli (bəlkə də ağlamalı) olan nədir? Odur ki, bizdə çempionatın matçlarına onsuz da gələn yoxdur. Və bir halda ki, gələn yoxdur, oyunlar niyə təxirə salınsın? Hətta matçdan əvvəl bu barədə Feysbukda paylaşım etdim. Bu zaman yumor hissi iti olan bir FB dostum şərh yazdı ki, Azərbaycanda koronavirusdan qorunmaq üçün ən ideal məkan elə stadionlardır.
Və bu fikirləri növbəti dəfə təsdiq edən fakt dünən “Tofiq Bəhramov”a toplaşan azarkeşlərin sayı oldu: cəmi 300 nəfər. Yəni arenanın real tamaşaçı tutumundan düz yüz dəfə az.
Zorla deyil.
Hətta lider “Qarabağ”ın oyunlarına belə gələn yoxdur. Və hətta çempionatı keçirən qurumun rəhbəri – Ramin Musayev də oyunlara gəlmir. Sonra da klubları qınayır ki, azarkeşlərlə işləmirlər. Ramin bəy haqlı ola bilər. Amma bəs, futbolu inkişaf etdirmək birbaşa vəzifə borcu olan PFL-in, AFFA-nın rəhbərlərini stadionlara kim, hansı qüvvə gətirməlidir?
Yeri gəlmişkən, dünənki oyunda yəqin ki, futbol tarixində indiyədək olmayan unikal bir hadisə baş verdi. Stadionda o qədər sakitlik vardı ki, matçı şərhçilər otağından şərh edən Gündüz Abbaszadənin səsi uzaqlıqdakı media trubinasına qədər gəlir və dedikləri aydın eşidilirdi.
Bu yerdə bir-iki cümləlik zəruri qeyd.
Mənə görə, Gündüz müasir Azərbaycan şərhçilik məktəbinin ən parlaq 3 nümayəndəsindən biridir. Futbolu əla bilir, daim öyrənir. Səsi, emosionalığı yerindədir. Təsirli replikalarına isə bravo düşür. Ümid edirəm ki, bu fikirlərim “üçlüyə” düşməyən başqa şərhçilərdə qısqanclıq yaratmadı.
İstədim, oyunun üzərində də dayanım. Amma yadıma düşdü ki, meydanda bircə komanda vardı: “Qarabağ”. “Sabah” isə... Ümumiyyətlə, bu klubda hələ çox şey yerində deyil. Məşqçi düşüncəsi, idarəetmə sistemi. Düzələcək?
Və sonda...
Elçin Məsiyev və köməkçiləri, belə hakimlik olmur!
Aydın BAĞIROV
P.S. Abbas Hüseynov, seyvin fantastik idi!
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada