AFFA-nın İntizam Komitəsinin fevralın 25-də açıqladığı qərarda diqqətimi bir məqam çəkdi. Uşaq liqalarında ayrı-ayrı komandaların ümumən 4 məşqçisi hakimləri təhqir etdiyinə görə cəzalandırılıblar. Son bir ayın statistikası daha xaotikdir: düz 9 məşqçi söyüş söydüyünə görə (ya hakimləri, ya da bir-birilərini) meydandan qovulub. 2019-cu ilin noyabr və dekabrında isə 13 məşqçi eyni səbəbdən cəzaya məruz qalıb. Yəni son 4 ayda təkcə AFFA-nın qeydə aldığı 22 belə fakt olub. Bu, bizim futbolun bünövrəsinin istedad və bacarıq yox, təhqir üzərində qurulduğunun rəsmi təsdiqi, acınacaqlı etirafıdır.
Daha pisi isə odur ki, liqaların adından da göründüyü kimi bütün bunlar oğlan-qız demədən, uşaqların yarışdığı çempionatlarda baş verib. Onların sırasında hətta “Qarabağ”, “Keşlə”, “Zirə” kimi peşəkar klubların nümayəndələri da olub. Təəssüf ki, klubları tərəfindən məşqçilərinə qarşı heç bir inzibati tədbir görülməyib. Çünki “Qəbələ” və “Sabah”dan başqa, Premyer Liqamızdakı digər 6 klub uşaq məktəblərini, sadəcə, başlı-başına buraxıblar. Yuxarıdan (rəhbərlik, A komandaların baş məşqçiləri) nəzarət yox səviyyəsindədir deyə, aşağıdakılar idman və mənəvi qaydaları kobud şəkildə pozmaqda davam edirlər.
Normal futbol ölkələrində məşqçilərin belə hərəkətləri nəinki yolverilməzdir, buna görə ciddi cəzalar da nəzərdə tutulur. Bizim futbol qurumunun çıxardığı qərarlar isə (3, maksimum 5 oyunluq cəza) yumşaqdır. Yaxşı olardı ki, AFFA-nın uşaq futboluna cavabdeh bölmələri təhqirə yol verən məşqçilərə münasibətdə cəzaların sərtləşdirilməsi ilə bağlı İntizam Komitəsi qarşısında məsələ qaldırsınlar. Çünki indi baş verənlər futbolumuzu yalnız qaranlıq gələcəyə aparır. Təsəvvür edin, hər oyunda (hələ məşqləri demirəm) məşqçisindən söyüş eşidən 10-12 yaşlı uşaq sabah kişiləşib meydana çıxanda özünü necə aparacaq? Əxlaq sarıdan problemləri olan azmı Azərbaycan futbolçusu görmüşük?
Məsələ tək cəza ilə də bitmir. Dəfələrlə qeyd etmişik ki, uşaq liqalarında məşqçilərin çoxunun futbol savadında və özlərini ictimai yerlərdə (oyunlarda) aparmaq qaydalarında ciddi problemlər var. Təəssüf ki, onların əksəriyyəti (peşəkar klubların nümayəndələri xaric) attestasiyadan keçirilmədən, federasiyadan məşqşi lisenziyası almadan fəaliyyət göstərirlər. Bu isə təbii olaraq, pərakəndəliyə, nizam-intizamın ciddi şəkildə pozulmasına gətirib çıxarır. Halbuki futbolu inkişaf etmiş ölkələrdə belə hallar qəbuledilməzdir. Məsələn, 5-6 il əvvələ qədər futbolda ciddi uğuru olmayan İslandiyada UEFA-nın B dərəcəsini almayan heç bir məşqçi bu səhədə çalışa bilməzdi. Qısaca qeyd edim ki, həmin ölkənin son illərdəki uğurlu yolu həm də məşqçilərlə bağlı bu qaydaların qoyulmasından sonra başlayıb.
AFFA-nın da bu sahədə ciddi, hətta sərt qayda-qanun yaratmasının vaxtı nəinki çatıb, hətta ötüb də. Amma buna baxmayaraq, nəhayət, müvafiq addımlar atılmalıdır. Bu gün təhqirlərə yol verən məşqçilərin timsalında hamısının lisenziyalaşdırma prosesi başlamalıdır. Əks halda uşaq liqalarındakı onsuz da çox olan söyüş söymə təcrübəsi daha da artaraq kütləvi hal alacaq.
Bizə isə söyüş yox, futbol liqası lazımdır.
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada