Antalyadan qayıtdıqdan sonra, iki gün öncə yazdığım yazıda belə bir qeydlər vardı:
"Qurban Qurbanovun gələcəyinə inanıb dəstək verdiyi, “Qarabağ” kimi komandaya cəlb etdiyi həmin gənclərdən bəzilərinə daha çox şans verməsinin zamanı çatıb. Xüsusən məşqçilərin və futbol adamlarının haqqında müsbət fikirlər səsləndirdiyi, gələcəyin yaxşı bir hücumçusu kimi gördüyü U-21 millimizin də üzvü 18 yaşlı Musa Qurbanlının potensialını tam açmaq mərhələsinin yetişdiyini söyləmək olar. Mənə elə gəlir ki, bu məsələdə Qurban Qurbanov öz təvazökar xarakterindən irəli gələrək futbolçu Musaya münasibətdə məşqçi deyil, daha çox ata kimi yanaşır. Ona oyunlarda artıq şans verməsinin cəmiyyətdə tərəfkeşlik kimi başa düşüləcəyini zənn edir. Amma Musadakı istedad, xarakter və potensial Q.Qurbanova qan bağlılığı olmayan başqa gənc bir hücumçuda olsaydı, inanıram ki, həmin oyunçu bu mövsüm bir yox, bir neçə matçda iştirak etmişdi".
***
Bu gün Musa Çexiyanın "Siqma" komandası ilə yoxlama matçında start heyətdə meydana çıxıb və qol vurub (səhv etmirəmsə, bu, onun əsas komandada ilk qoludur). Bu qolun onda necə həvəs yaradacağını, qarşıdakı matçlara hansı formada motivasiya edəcəyini növbəti oyunlarda da görəcəyik. Əsas odur o, çempionatın ikinci hissəsində daha çox oynamaq şansı qazansın. Əgər bu, "Qarabağ"da çətindirsə, onu əsas heyətdə oynamaq şərti ilə Premyer Liqanın başqa klublarından birinə icarəyə vermək olar. Musa Azərbaycan futbolunun son illərdəki ən uğurlu tapıntılarındandır və ona şans verməklə istedadında yanan ocağı daha da alovlandırmaq olar.
O, atası Qurban Qurbanov, əmisi Musa Qurbanov kimi futbolumuza yaxşı hücumçular bəxş etmiş bir nəslin davamçısıdır. Genetik kodu onsuz da müsbət gələcəyindən xəbər verir. Barəsində Rəşad Sadıqovun dilindən eşitdiyim başqa bir fakt isə odur ki, atası Qurban müəllim kimi xarakterli və liderlik keyfiyyətləri olan biridir ki, belə fərdlər sarıdan futbolumuz uzun zamandı korluq çəkir.
Deməli, bizim bütün məşqçilərimiz təcrübəli oyunçularla nəticə qazanmağı düşünməklə yanaşı, Musanın timsalında gənclərə də güvənməlidirlər. Sayları az olsa belə, yaxşı gənc futbolçularımız var və onlara özlərini təsdiq etmək üçün, sadəcə, meydan verilməlidir.
Arzuolunan haldır ki, gənclərə şans bütün klublarımızda verilsin və rəsmi oyunlarda da davam etdirilsin. Bu halda onların istedad və potensialı daha da üzə çıxacaq. Qazanan isə təbii ki, klublarımız, milli komandalarımız olacaq. Futbolumuzda hər nə qədər problemlər olsa da, müsbət nələrsə də var və fürsət düşmüşkən, ondan elə indi istifadə etmək lazımdır. Çünki sabah gec olar.
Aydın BAĞIROV
[email protected]
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi