Lüksemburqda, “Qarabağ”ın qaldığı “Hilton” otelinin qarşısında dayanan klubun rəsmilərinə sarışın avropalı bir gənc oğlan yaxınlaşır.
- Siz, “Qarabağ”da çalışırsınız?
Onlardan gözlədiyi “hə” cavabını alandan sonra yeni transfer Asmir Beqoviçlə görüşmək, ondan avtoqraf almaq istədiyini söyləyir. Amma klubun əməkdaşları bir neçə saat sonra “Düdelanj”a qarşı vacib Avroliqa oyunu olduğunu və futbolçunun da hazırda öz otağında istirahət etdiyini bildirərək, belə bir görüşə yalnız matçdan sonra şərait yarada biləcəklərini söyləyirlər.
- O zaman mən oyundan sonra gələrəm. Çünki sevdiyim qıza Beqoviçin imzalı formasını söz vermişəm.
İlk əvvəl dialoqu yalnız müşahidə edən “Qarabağ”ın direktoru Əmrah Çelikel bu həssas sözlərdən sonra həmin gənclə ingiliscə söhbətə başlayır:
- Siz Lüksemburqda yaşayırsınız?
- Xeyr, mən Belçikadan gəlmişəm.
- Belçikadan? Asmirlə görüşmək üçün?
- Bəli, cənab. Mənə yalnız onun avtoqrafı lazımdır.
- Asmirin indi öz otağını tərk etməyə icazəsi yoxdur. Amma biz sizə onun avtoqrafını qısa zamanda təşkil edərik. Əziyyət çəkib gecəyə kimi gözləməyin.
Bu nəzakətli və kübarca deyilən sözlərdən sonra Əmrah Çelikel belçikalı gəncin əlindəki formanı alaraq onu klubun nümayəndələrinə verir və tapşırır ki, Asmirin otağına qalxaraq imzalatsınlar.
15 dəqiqə sonra həmin cavan oğlan əlində özüylə gətirdiyi forma (artıq Asmirin imzaladığı), əlavə olaraq da Əmrah Çelikelin hədiyyə kimi verdiyi “Qarabağ” forması ilə sevincək halda oteldən uzaqlaşmağa başlayır...
***
- Siz Azərbaycandan gəlmisiniz?
Tribunada məndən bir cərgə yuxarıda əyləşən və zahiri görünüşünə görə idmançıya bənzəyən 30-35 yaş arası dolu bədənli biri bu sualı verir. Verdiyim cavabdan sonra qürurla deyir:
- “Qarabağ”ın qapıçısı mənim həmyerlimdir!
- Asmir?
- Hə. Biz bosniyalıyıq.
Və yanındakı dostlarını göstərir. 10 nəfərə yaxındırlar. Sonradan öyrəndiyimə görə, hamısı Avropada yaşayan bosniyalılardır. Sırf Asmir Beqoviçin oyununa baxmaq üçün Lüksemburqa, “Düdelanj” – “Qarabağ” matçına gəliblər. Ağdam klubunun 4:1 hesablı qələbəsindən sonra bizim azarkeşlər kimi sevinməyə başlayırlar.
***
Əlbəttə, Asmir Beqoviçə bu sevgi təsadüfi deyil. O, Bosniya və Herseqovina idmanının simvollarından biridir. 2015-ci ildə klubu “Stok Siti” onu 12 milyon avroya futbol nəhəngi “Çelsi”yə satmışdı. Asmir Avropada daha çox bu transferlə tanınmağa başladı. 2017-ci ildə isə London klubundan digər Premyer Liqa təmsilçisi “Bornmut”a keçdi. Və bir gün mənə məlumat çatanda ki, Beqoviç 3-4 günə
“Qarabağ”a gəlir, təəccüblənmişdim.
Bizim ictimaiyyət futbol tariximizin bu ən səs-küylü transferinin detallarından xəbərsizdir. Ona görə də indi artıq oxucuların da bilməyi yaxşı olardı ki, əslində “Qarabağ” Azərbaycan səviyyəsində yüksək, Avropa səviyyəsində isə çox aşağı transfer büdcəsinə görə belə bir qapıçı ala bilməzdi. Məlum, Beqoviç müqavilə ilə “Bornmut”a məxsusdur və məşqçisi ilə arasında yaranan problemə görə uzun zaman əsas heyətdə oynamırdı. Sırf ilk 11-likdə oynasın deyə o, Avropa Liqasının qrupuna vəsiqə qazanmış “Qarabağ”a gəlməyə razılıq verdi (ilkin mərhələdə 4 ay, pley-off-a vəsiqə qazanılacağı halda mövsümün sonunadək). Bildiyimə görə, hətta bu 4 aylıq müddətdə onun maaşını belə (hardasa 700 min funt, 900 min dollara yaxın) öz klubu “Borntmut” ödəyib. “Qarabağ”da aldığı pul isə bundan dörd dəfə az olub! Komandanın hazırkı əsas heyət üzvlərinin çoxusundan daha az.
Amma Beqoviç oynamağa görə xarakter nümayiş etdirib, hətta Azərbaycan çempionatına gəlməyə də razı oldu. Böyük futbolçularla oynamış və bundan sonra da ən azı Zlatan İbrahimoviç kimi superulduzla oynayacaq Asmir “Qarabağ”da Mahir Mədətov, Araz Abdullayev kimi ərköyün, bəzən ipə-sapa yatmayan azərbaycanlı futbolçularla da komanda yoldaşı oldu. Amma hətta Azərbaycan Premyer Liqasında çıxış etməsi belə onun “Milan” kimi nəhəng kluba transferi qarşısında sədd ola bilmədi.
Onun “Qarabağ” karyerası necə alındı? Ola bilər ki, azarkeşlərimizin müəyyən hissəsi Beqoviçin oyunundan tam razı qalmasın. İstənilən halda Asmirin “Qarabağ” karyerası ümumən uğurlu alındı. Azərbaycandan, “Qarabağ”dan bir dəfə də olsun narazı, incik danışmadı. Əksinə burda qalıb oynamaq arzusunu dilə gətirdi. Amma yüksək transfer qiymətinə görə “Qarabağ”da qalması mümkün olmadı. Və sırf onun özünə görə deyə bilərik, yaxşı ki, heç olmadı da.
Ona görə də necə deyərlər, yolun açıq olsun, Asmir Beqoviç!
Aydın BAĞIROV
[email protected]
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər