Böyük Britaniyanın məşhur "The Independent" qəzetinin jurnalisti Robert O'Konnor "Qarabağ" komandasına həsr olunan kitab hazırlayır. Robert bir neçə il əvvəl Bakıya və Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Məhz bundan sonra onda komanda, onun mənsub olduğu Ağdam şəhəri haqda ayrıca əsər hazırlamaq marağı yaranıb.
Bir müddət əvvəl Robert mənə müraciət edərək əslən Ağdamdan olan bir jurnalist kimi məndən də geniş müsahibə etmək istədiyini söylədi. Amma mən Ağdamdan nə danışa bilərdim? Şəhər işğal olunanda 13 yaşım hələ tamam olmamışdı. Hərçənd… Yaddaşımdan heç vaxt silinməyəcək ölməz xatirələr də qalır. Və həmin xatirələrdən mənim üçün həssas olan məqamları, daha doğrusu, Robertin iki sualına cavabı siz oxucularla da bölüşürəm…
Sual: Ağdamı necə xatırlayırsınız? 2019-cu ilin Qərb oxucusuna 1980-90-cı illərin Ağdamını təsvir etmək üçün nələri deyə bilərsiniz?
Cavab: Həmin dövrdə mən uşaq idim və dünyanı tam dərk edə bilməzdim. Bununla belə, Ağdama söykənən həm xoş, həm də kədərli xatirələrim var. Əvvəlcə onu deyim ki, Ağdam Azərbaycanın tarixi bölgəsi olan Qarabağın bir hissədir. Ermənistanın işğalına qədər bu şəhərin əhalisinin sayı 160 min idi. Onlardan da 6 min nəfəri öz vətənlərini qorumaq uğrunda müharibədə qəhrəmancasına şəhid olub. Qarabağ döyüşlərində Ağdam ən çox insan itkisi verən şəhərdir.
Həlak olanlar arasında "Qarabağ" komandasının kapitanı olmuş Allahverdi Bağırov da var. Xocalı soyqırımı zamanı o, mindən çox dinc sakini erməni əsirliyindən xilas edib. Yeri gəlmişkən, Allahverdi Bağırov Azərbaycanın Milli Qəhrəmanıdır. “Qarabağ” komandasının hər oyunu zamanı fanatlar onun şəkli olan banner açırlar. Həmin azarkeşlər özlərini Allahverdi Bağırovun mənəvi əsgərləri sayırlar.
Yeri gəlmişkən, Allahverdi Bağırov, eləcə də əslən Ağdam rayonundan olan Azərbaycanın daha bir Milli Qəhrəmanı Asif Məhərrəmov müharibə dövründə belə “Qarabağ” komandasına öz dəstəklərini veriblər. Bir dəfə “Qarabağ”ın o vaxtkı oyunçularından biri bizim jurnalistə verdiyi müsahibədə demişdi: “Biz bütün komanda olaraq futbolu atıb vətənimiz uğrunda döyüşmək istəyirdik. Bununla bağlı hərbi komandir olan Asif Məhərrəmova müraciət etdik. Amma o, bu istəyimizə qarşı çıxdı. O bizə dedi: “Mən Vətən uğrunda döyüşməyə 11 min oğlan taparam, amma futbol oynamaq üçün 11 nəfər tapa bilmərəm. Siz futbol oynamağa davam edin. Bununla Ağdamı, Qarabağı təmsil etmiş olursunuz”.
Müharibə zamanı həlak olan 6 min insan arasında uşaqlar da az deyildi. Onların arasında mənim dostlarım da vardı. Müharibənin ən gərgin vaxtlarında 11-12 yaşındaydım. Bütün bu faciəni yaşamaq əlbəttə ki, dəhşətli idi. Xüsusi olaraq mən Xocalı hadisəsini – dinc əhaliyə qarşı yürüdülən soyqırımı göstərə bilərəm. Xocalı Ağdama qonşu şəhər idi. Qətlə yetirilənlərin hamısı Ağdamdakı morqa gətirilmişdi. 12 yaşım tamam olmamışdı. Onların çoxunu – qocalar, qadınlar, xüsusən körpələrin qanlı cəsədlərini gözlərimlə görmüşdüm. Bu, mənim üçün çox böyük psixoloji və mənəvi zərbə olmuşdu. Şoka düşmüşdüm. Bir aya yaxın heç nə yeyə bilmədim.
Amma bütün bunlara baxmayaraq, biz hətta uşaq yaşımızda belə öz həyatımızı Vətənimiz yolunda fəda etməyə hazır idik. Və mən əminəm ki, Azərbaycan xalqı Ağdam da daxil olmaqla bütün işğal olunmuş şəhərlərini bir gün ermənilərdən azad edəcək.
Bəli, uşaqlığımda belə dəhşətlər anlar olub. Amma xoş xatirələrim də var. Bizim bir yazıçımız öz əsərində Ağdamı dünyanın ən varlı şəhəri adlandırıb. Bu, sözgəlişi deyilən bir fikir deyil. Çünki Ağdam camaatı çox zəhmətkeş, əməksevər, pul qazanmağı bacaran insanlardır. Mənə deyildiyinə görə, 1980-90-cı illər Ağdamın iqtisadi inkişafının zirvəsi olub.
Xatırlayıram ki, bu sovet dövrləri idi. Buna baxmayaraq, ilk inomarkaları – “Ford”u, “Mersedes”i ilk dəfə məhz o vaxt Ağdamda görə bilmişdim. Deyilənə görə, paytaxt Bakıdan sonra belə bahalı maşınları həmin zamanlar üçün bir də əsasən Ağdamda görmək olardı. Ağdamı həm də Azərbaycanın ticarət paytaxtı adlandırırdılar. Mənim atam iş adamı idi. Xatırlayıram ki, onun Rusiyadan, Sibirdən biznes partnyorları vardı. Onlar ildə 1-2 dəfə Ağdama gəlir və bizim böyük evimizdə qonaq qalırdılar. Mənə sonralar təəccüblü gəlirdi ki, bu adamlar uzaq bir yerdən niyə Ağdama gəlirlər. Və onda mənə deyilirdi ki, ticarət üçün Ağdamda hər şeyi tapmaq mümkündür.
Mənim atamın ayaqqabı biznesi və çoxlu pulu vardı. Amma mən bununla heç vaxt öyünməzdim. Mənim üçün ən gözəl olan uşaqlıq dövrü, məktəbimiz, mənim sinif yoldaşlarım idi. Yeri gəlmişkən, ilk sinif rəhbərim erməni idi. Venera adında zahirən gözəl bir qadın. Müharibə zamanı o, ailəsiylə birgə Ağdamı tərk etmişdi. 2009-cu ildə sosial şəbəkədə, oxuduğum Ağdam rayonunun 7 nömrəli məktəbinin qrupunda mən ona da rast gəldim. Onunla qısa söhbətimiz oldu. O, dedi ki, mən səni və dərs dediyim digər uşaqları xatırlayıram.
Müharibəyə qədər Ağdamda hər şey gözəl idi. Mən xatırlayıram ki, o vaxt orada 2-3 mərtəbəli, üstü büstütün ağ damdan ibarət olan çoxlu bahalı villalar inşa olunmuş və olunurdu. Bizim özümüzün də şəhərin mərkəzi hissəsində saraya bənzər ikimərtəbəli evimiz vardı. Yeri gəlmişkən, son illər həmin evimizi yuxumda tez-tez görürəm. Təəssüf ki, müharibə nəticəsində həmin evlərin hamısı, Ağdamın bütün infrastrukturu darmadağın oldu. Təsadüfi deyil ki, sizin həmyerliniz, jurnalist Tomas de Val özünün “Qara bağ” kitabında Ağdamı Qafqazın Xirosiması adlandırıb.
Sual: Ermənilərin hücumları zamanı Ağdamda normal yaşamaq mümkün idimi?
Cavab: Qətiyyən. Amma dinc əhalinin həyatına real təhlükə olmasına baxmayaraq, Ağdamın əhalisinin çoxu doğma şəhərində qalmışdı. Dəfələrlə şəhər raket atəşinə məruz qalırdı. Buna görə xeyli mülki əhali həlak olmuşdu.
Müharibənin qızışdığı ilk günlərdə biz uşaqlar çox qorxurduq. Amma sonradan hər şey bizim üçün adiləşdi. Biz uşaq yaşımızda cəbhəyə gedib əsgərlərimizə kömək etmək istəyirdik. Amma əlbəttə, valideynlərimiz buna icazə vermirdi. Onlar özləri vətən qarşısındakı vəzifələrini yerinə yetirirdilər. O zaman biz uşaq ağlımızla yaşadığımız məhəllədə “postlar” qurur, küçənin girişini nazik məftillərlə bağlayır və ora daxil olmaq istəyən maşınları saxlayıb soruşurduq: siz kimsiz və hara gedirsiniz? Əlimizdə əldəqayırma tapançalar da olurdu. Amma içində həqiqətən güllə olurdu. Maşındakı yaşlı kişilər isə bəstə boyumuza baxıb bizə gülümsəyir və təbəssümlə suallarımıza cavab verirdilər. Onlar sevinirdilər ki, uşaqlar bu yaşda bu yolla öz Vətənlərinə kömək etmək istəyirlər.
Aydın BAĞIROV
[email protected]
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər