Yunanıstan milli komandası, xüsusən, son 10 ildə, Avropa çempionu adını qazandıqdan sonra az tənqid olunmayıb. Göstərdiyi oyun çoxları üçün darıxdırıcı görünüb, elə belə oyunla da Braziliyadakı dünya çempionatının qrupundan, loru dildə desək, sürünə-sürünə çıxıb. Təbii, belə oyunla və ulduz futbolçuları olmadan nəhəng bir yarışda çox uzağa getmək olmazdı: ya 1/8 finalda uduzacaqdın, ya da bu mərhələni adlasan belə, 1/4 finalda.
Yunanıstan Kosta-Rikaya penaltilər seriyasında uduzub vətəninə qayıdır. Amma uduzmazdan əvvəl atdığı bir addımla bu çempionatın, həmkarım Rüstəm Əfsərlinin də dediyi kimi, mənəvi qalibi, qəhrəmanı kimi gedir.
Kosta-Rika ilə matç günü Yunanıstan millisinin DÇ-2014-ə gələn bütün 23 futbolçusu ölkələrinin baş nazirinə müraciət edərək onlara 1/8 finala yüksəldikləri üçün dövlət tərəfindən vəd olunan pul mükafatından imtina etdiklərini bildiriblər. Futbolçu üçün, futbol adına qeyri-adi hadisədir, örnək addımdır. Payını götürən götürsün: bu çempionatda üç-beş manat (dollar, avro, fərq etməz) pula görə, ölkəsindən imtina etmək həddindəki hərəkətlər edən kamerunlu, qanalı, nigeriyalı futbolçular da götürsün, gözünü pul örtdüyü üçün hər cür qudurğanlıq edən bizim bəzi cibi dolu, ağlı boş, mənəviyyatı çürük olan oyunçular da!
Yunanıstan millisinin üzvləri baş nazir Antonis Samarasa ünvanladıqları müraciətdə yazırlar: “Biz Yunanıstan və yunan xalqı üçün oynayırıq. Biz sizdən xahiş edirik ki, milli komandamıza ev kimi olacaq idman bazası üçün torpaq sahəsinin ayrılmasına köməklik göstərəsiniz. Bizə dövlət tərəfindən mükafat kimi ayrılan pullar isə həmin bazanın tikintisinə sərf olunsun!”
Futbolu, idmanı bir kənara qoyaraq, bu müraciətə o insan öz imzasını atır ki, gözü toxdur, qanında mərdlik, kişilik var.
İstəsən də, istəməsən də, hərlənib-fırlanıb yenə bizimkilərə gəlirsən. Barmaqla sayılacaq faktları bir kənara qoyaq, kütləvi şəkildə hansı azərbaycanlı oyunçu indiyədək öz ölkəsinin futbolu və ya insanlıq adına belə jestlər edib? Etməyib! Etməyəcək də.
Çünki fərq var: düşüncə fərqi, insanlıq fərqi.
Yunanı türklə az qala düşmən münasibətdə olduğu üçün bəyənməyə bilərik, amma həqiqətdən qaçmaq olmur. Həqiqət nədir? Baş nazirə ünvanlanan o müraciətdir, həqiqət! Amma “uşaq evlərinə, kimsəsizlərə bu qədər yardım etdim, hansısa yetimə əl tutdum” deyib bunu günlərlə mediada təbliğata çevirmək həqiqət deyil, ən ali saxtakarlıqdır!
Həqiqət “vətənim üçün pulumdan keçirəm” deyib, mükafatdan imtina etməkdir. Yunan futbolçunun həqiqəti kimi…
Bəs bizim, azərbaycanlı futbolçunun həqiqəti nədir?
“Azərbaycan üçün sonədək oynamağa hazırıq” deməkmi, yoxsa mükafatı bir gün gecikən kimi mediada hay-şüvən qaldırıb görməmişlik etməkmi?
Bəli, həqiqət Yunanıstanın baş nazirinə yazılan o məşhur, tarixə şərəflə düşəcək məktubdur, o məktub vasitəsilə halal olan haqqından, pulundan imtina etməkdir. Bir də oxuyaq o sözləri: “Bizə dövlət tərəfindən mükafat kimi ayrılan pullar tikiləcək bazanın tikintisinə sərf olunsun!”
Yeri gəlmişkən, bizim futbolçuların da məktub yazmaq bacarığı az deyil. Bir zamanlar Avropada oynayan və yağ-bal içində üzən bir oyunçumuz Azərbaycanın və elə futbolumuzun da maddi durumunun ən ağır vaxtında AFFA-nın prezidentinə içində bu cümlənin də yer aldığı məktub yazmışdı: “Milli komandada o şərtlərlə oynayaram ki, təyyarə biletimin pulunu, mükafatımı bir gün belə gecikmədən ödəyəsiniz”.
Bəli, hər kəsin öz həqiqəti var. Bizim futbolçunun da həqiqəti bax elə budur.
Aydın BAĞIROV
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər