PSJ-nin baş məşqçisi Luis Enrike bu il “Qızıl top” mükafatının Fransa klubunun futbolçularından birinə verilməli olduğunu düşünür.
QOL.az xəbər verir ki, 30 namizədin yer aldığı siyahıya PSJ-dən 10 futbolçu – Usman Dembele, Əşrəf Hakimi, Xviça Kvaratsxeliya, Markinyos, Nuno Mendes, Joao Neveş, Vilyan Paço, Fabian Ruis, Ferran Torres və Vitinya daxildir.
Enrike komandanın bu qədər geniş təmsil olunmasını müsbət qiymətləndirib, eyni zamanda yekun siyahıya düşməyən Desirə Dueyə diqqət çəkib.
“Çox şadıq ki, 10 futbolçumuz dünyanın ən yaxşı 30 oyunçusu sırasına daxil olub. Seçim etmək imkanımız olsaydı, Desirə Dueni də orada görmək istəyərdik. O niyə orada yoxdur?
Biz bütün futbolçularımızı müdafiə etməyə çalışırıq. Hesab edirik ki, bu kuboku qazanmağa layiqik. Fəlsəfəmiz bütün futbolçuları müdafiə etməkdir və bunu həmişə etməyə çalışırıq. Bəs “Qızıl top”u kim qazanacaq? Ümid edirik ki, bu, PSJ-nin futbolçusu olacaq, kimin olmasının fərqi yoxdur”, - deyə Enrike bildirib.
“Qızıl top-2026”nın təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır