“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 6-cı turunda “Şəfa” üzərində 1:0 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda ümumi fikirlərini bölüşüb və daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib 3 xal qazandıq və indi milli komandaların oyunları ilə əlaqədar uzun fasiləyə yollanırıq. Oyun ərzində bəzi futbolçuların artıq qarşıdakı istirahət haqqında daha çox düşündükləri hiss olunurdu. Həmçinin “Şəfa”ya uğurlar arzulamaq istəyirəm. Uzun fasilədən sonra Premyer Liqaya yeni bir kollektiv kimi qayıtdılar. Biz iki oxşar komandanın qarşılaşmasının şahidi olduq. Əsas odur ki, qalib gəldik və inanıram ki, bu fasilədən səmərəli istifadə edə biləcəyik”.
Meydanda aşkar qol epizodlarının az olduğu nəzərə çarpırdı. Komandanızıb nümayiş etdirdiyi futboldan razısınız?
- Biz tamamilə müdafiəyə köklənmiş, komplektləşmiş rəqibə qarşı oynadıq. Təbii ki, müdafiədən hücuma daha sürətli keçmək və daha keyfiyyətli oynamaq istəyərdik. Lakin boşluqlar çox az idi və bundan tam şəkildə istifadə edə bilmədik. Belə oyunlarda daha keyfiyyətli futbol nümayiş etdirməliyik. Biz bunu komandadan tələb edirik. Zaman keçdikcə futbolçular bir-biri ilə daha yaxşı qarşılıqlı əlaqə qurmağa başlayacaqlar.
- Çempionluq uğrunda əsas rəqibləriniz olan “Neftçi” və “Sabah”ın heyəti rotasiya etmək üçün geniş imkanları var. “Qarabağ”ın yeni transferlərə ehtiyacı var?
- Transfer pəncərəsi hazırda bağlıdır. Lakin qış fasiləsində uyğun imkan yaranarsa və ehtiyac duyduğumuz mövqelərə futbolçular tapsaq, şübhəsiz ki, heyəti gücləndirmək istəyəcəyik. Demək olar ki, tamamilə yeni komanda qururuq və dayanmaq fikrində deyilik.
- Ötən illərdən fərqli olaraq, bu dəfə “Qarabağ”dan cəmi iki futbolçu milliyə çağırılıb. Bəhlul Mustafazadə və Elvin Cəfərquliyev ilə bağlı vəziyyət necədir?
- Bəhlul maksimum 10 gün ərzində sıraya qayıdacaq. O, nadir tipli zədə alıb və əməliyyat keçirib. Bərpa prosesinin daha sürətli gedəcəyi ehtimalı var idi, lakin təəssüf ki, proses uzandı. Bəhlul həm bizim, həm də milli komanda üçün çox vacib futbolçudur. Elvin də zədəlidir – məhz buna görə onlar milli komandaya qoşula bilmədilər.
Digər tərəfdən, Toral Bayramov və Nariman Axundzadə legioner həyatı yaşayırlar. Biz legionerlər limitinə dair yeni qaydalara uyğunlaşmaq üçün də tədbirlər görürük. Yaxşı formada olan və oyunlara tam hazır vəziyyətə gətirilə biləcək yerli futbolçuları tapmaq asan deyil. Gələcəkdə perspektivli yerli futbolçular meydana çıxarsa, onların milli komandaya gedən yolu keçmələri üçün mütləq imkan yaradacağıq.
- Bu gün tribunada azarkeşlərin sayının az olması diqqət çəkirdi. Onlara müraciət etmək istəyirsiniz?
- Artıq deyilənlərə əlavə edəcəyim bir şey yoxdur: biz bir-birimizi sevirik. Onlar hər zaman və lazım olan hər yerdə yanımızda olacaqlar. Mən dolu stadionlar görmək istərdim – təkcə bizim oyunlarımızda deyil, ümumilikdə bütün komandaların matçlarında.
- “Qarabağ”ın aşağı yaş qruplarında Toral, Nəriman və ya Elvin səviyyəsində futbolçular varmı?
- Bəli, akademiyadan gələn xəbərləri izləyirəm. Aşağı yaş qruplarından ibarət komandalarda çox maraqlı və perspektivli futbolçular var. Sadəcə, onlara bir qədər vaxt lazımdır.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Çempionlar Liqasında 4-cü tur başlayır
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi