Bu qadağa nədən ibarətdir, niyə olub və niyə olmamalıdır kimi suallara gəlməzdən əvvəl kanalın 5 ilə yaxın müddətdəki fəaliyyətinə ötəri də olsa, toxunmalı olacağam.
“CBC Sport” ilk gündən bizim publikanı, fikrimcə, ən çox onunla özünə cəlb etdi ki, əməkdaşlarına efirdə azad bir mühit verdi. “İdman Azərbaycan”da isə belə bir mühit geniş anlamda yox idi. Halbuki o kanalda neçə-neçə istedadlı jurnalist vardı, indi də var. Onların potensialını açması üçün meydan (yer) vermək əvəzinə isə bəzi ağıllılar efiri mal-qara yarışları ilə doldururdular. Ölkə idmanında müsbəti və mənfisi ilə müzakirə olunası nə qədər mövzu dura-dura. Soruşan da yox idi, dananın şıllaq atması Azərbaycanda kimə lazımdır?
“CBC Sport”sa belə əhəmiyyətsiz yarışlarla (bizim üçün) efiri doldurmaq yolunu tutmadı. Tutması da gülünc olardı. “İdman”dan azı 10 dəfə az büdcə, daxma boyda bir studiya və 30-40 əməkdaşın da yığışdığı 100-150 kv.metrlik kiçik bir zal... Yəni “CBC Sport” efir məkanına belə məhdud imkanla gəlib. Amma peşəkar heyət yaratdı. Süjetə, başqa çəkilişlərə görə rüşvət almaq kimi Azərbaycan efir məkanına xas olan yazılmamış qaydanı cilik-cilik elədi. Pul “zakazı” ilə işləməyən təmiz bir kanala yaxın imic yaratdı. Azərbaycan çempionatının yüksək səviyyədə yayımını, səviyyəli verilişlər, debatlar təşkil etdi. Bu azad mühitin sayəsində məktəbə çevrildi. Son 5 ildə “CBC Sport” neçə-neçə yaxşı şərhçilər yetişdirib. Bu və deyilməyən onlarla nümunəvi başqa fakt həmişə müsbət məqam kimi qeyd olunmalıdır.
Amma...
Artıq o dediyimiz azad mühiti uzun müddətdir “CBC Sport”un efirində görmürük. Oyunların şərhlərində, verilişlərdə futbolumuzdakı problemlərin deyilməsi, göstərilməsi səviyyəsi kəskin səviyyədə aşağı düşüb. Hər nə qədər futbolu yaxından bilən, sağlam təhlil edən peşəkar insanlar olsalar da, efirdə daha çox eyni simaları, qonaqları görürük. Amma problem qətiyyən bu deyil. Odur ki, kanalda futbolla bağlı tənqid xeyli azalıb. Bu, bütövlükdə həm ölkə futbolundakı duruma, həm də klublara münasibətə aiddir.
Bütün bunlar səbəbsiz də deyil. Əlbəttə, kanal özü də fərqindədir ki, bir verilişin də, kanalın da nüfuzu ancaq tərif yağdırmaqla qalxa bilməz. Problemi demək, göstərmək qaçılmazdır. Amma bir çox halda “CBC Sport” rəhbərliyinin iradəsindən kənar olaraq, bəzi hallarda isə onların da buna etiraz etməməsi səbəbindən son bir ildə neçə-neçə müstəqil fikirli futbol adamı efirə dəvət olunmur. Daha dəqiqi, futboldakı problemləri söyləyən şəxslərə qadağa tətbiq edilib. Qərarın arxasında isə AFFA və bu qurumun kinli, “monopolist” mətbuat katibi dayanır. Sırf buna görə efir olub bomboz. Geniş auditoriyaya lazım olmayan ümumi, quru müzakirələr daha da çoxalıb. Bu, heç şübhəsiz, bir çox baxımlı verilişin də, ümumiyyətlə, kanalın özünün də reytinqinin aşağı düşməsinə gətirib çıxarıb.
“CBC Sport” birbaşa AFFA-dan maliyyələşir. Reallıqda qurumun onlara sifariş verməsi də başadüşüləndir. Lakin futbol balaca şəxsi şirkət deyil ki, daim oradakı problemi gizlədəsən. Bu qədər kütləvilik var, bizdə hər oyunu yüzminlərlə insan izləyir. Hər şey eşidilir, hər incəlik görünür. Və o problemlərə efirdə hətta üstüortülü də olsa toxunmayanda, yaxud onu malalayanda əlbəttə kanalın nüfuzu zədələnməyə başlayır və başlayıb da. Bu isə tək “CBC Spor”un deyil, özünün indiyə qədərki uğurlu proyektlərindən birinin timsalında elə AFFA-nın da media gücünün zəifləməsi deməkdir. Bəlkə də elə AFFA-nın görmək istədiyi kanal da belədir.
Amma tamaşaçının görmək istədiyi “CBC Sport” yüz faiz bu deyil. Belə olmur. Olmamalı idi.
Çünki "CBC Sport" "İdman Azərbaycan" deyil.
Aydın BAĞIROV
[email protected]
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu
Arteta, Qvardiola...
Almaniya millisinin heyəti açıqlandı
"Barselona"da yeni müqavilə olacaq
"Kopenhagen" Bakıda loqosuz forma ilə oynadı
2-ci liqada oyunların saatı bilindi
Tovuz stadionunda işlər yekunlaşmaq üzrədir - Video
Debüt matçında zədələndi, 1 il oynamayacaq
Finala ən ucuz biletin qiyməti 2030 dollardır
Xankəndidə III MDB Oyunlarına start verildi
Türkiyə klublarının avrokubok oyunları bu kanallarda
Dini bayrama görə Çempionlar Liqasında oynamadı
"Kəpəz"də baş məşqçinin köməkçiləri müəyyənləşdi
PSJ "Barselona"ya belə qalib gəldi - Video
Qurban Qurbanovdan Mourinyoya cavab
Addainin qolu həftənin ən yaxşısı adına namizəd oldu - Video
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazandı
İki boksçumuz Avropa çempionatının 1/4 finalında
“Qarabağ” UEFA reytinqində irəliləyib
Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər
“Liverpul”dan öndəyik, bu, möcüzədir” - Tahir Gözel
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artdı
O möhtəşəm qələbə - Video
PSJ "Barselona"ya, "Arsenal" "Olimpiakos"a qalib gəldi
“Qarabağ” hansı nəhəngləri geridə qoyur? - Turnir cədvəli
"Yatsam, yuxuma da girməzdi ki..." - Elvin Cəfərquliyev
“Avropadan mənə təklif haqda düşünmürəm” - Qurban Qurbanov
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" dastan yazır! - 2:0