Fransa millisinin baş məşqçisi Didye Deşam Bakıda Azərbaycan yığmasına qarşı keçirilmiş DÇ-2026-nın seçmə oyununu (2:0) şərh edib.
QOL.az xəbər verir ki, o matçdan sonra təşkil edilən mətbuat konfransında deyib:
- Buradakı məqsədimiz işimizi görmək idi. Birinci hissə çətin keçdi. Azərbaycan çox aqressiv oynadı. Yekundz qalib gəldik. Futbolçularla danışdım. Növbəti oyunlara da hazırıq.
– Ekitike və Mateta barədə nə deyə bilərsiniz?
- Oyun ərzində epizodlar yaranırdı. Onlar da həmin imkanlardan istifadə etməyə çalışırdılar. Ümumilikdə oyun yaxşı keçdi. Matetanın qol vurması onun üçün müsbətdir. O, gənc olsa da, özünü göstərməyi bacarır.
– Əgər sizə oyundan əvvəl desəydilər ki, ilk 5 dəqiqə bu cür keçəcək, inanardınız?
- Oyuna başlayanda heç vaxt belə düşünmürsən. Matç 90 dəqiqə davam edir. Təəssüf ki, bizə qarşı aqressiv və dinamik bir komanda oynayırdı. Rəqib qol vurdu, amma sonra vəziyyəti dəyişə bildik. Şükür ki, edə biləcəyimiz hər şeyi etdik və qələbə qazandıq.
– Bugünkü Azərbaycan millisiylə 30 il əvvəl oynadığınız Azərbaycan yığmasını necə müqayisə edərdiniz?
- Bütün oyunları tam dəqiqliklə xatırlamıram. Amma bütün ölkələrin komandalarına hörmətlə yanaşıram. Bu gün kiçik ölkələr belə öz üzərlərində çox çalışırlar. Lakin hər zaman matçlarda uğur qazanmaq mümkün olmur. Böyük iş görülür. Məsələn, “Qarabağ”ı götürək. Onlar Çempionlar Liqasında oynayırlar və hətta xal da qazanırlar. Rəqib kim olur-olsun, mən hər birinə hörmətlə yanaşıram. Heç bir fərq qoymuram.
– Bakı və Azərbaycan haqqında nə düşünürsünüz?
- Fransa buradan uzaqdır. Bakıda əla vaxt keçirdik. Stadionda iynə atsan yerə düşməzdi. İnsanların enerjisini hiss etdik. Azərbaycan millisi də əvvəlki illərlə müqayisədə irəliləyiş göstərib. Komandada keyfiyyətli futbolçular oynayır. Bunu Ukrayna ilə oyunda da gördük (azerisport.com).
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü