“Napoli” rəhbərliyi baş məşqçi Antonio Kontenin mümkün gedişinə qarşı alternativ variantlar üzərində işləyir.
Kontenin komandası UEFA Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”ın rəqibidir. Bu komandalar arasında oyun noyabrın 25-də Neapolda keçiriləcək.
QOL.az İtaliya mətbuatına istinadən məlumat yayıb ki, Jurnalist Paskuale Guarronun yazdığına əsasən, klub artıq Tiago Motta ilə ilkin təmas qurub.
Xəbərdə bildirilir ki, Konte ilə “Napoli” rəhbərliyi arasındakı münasibətlər son günlərdə gərgin olaraq qalır. Məşqçinin komandaya 17 noyabrda qayıdışı planlaşdırılsa da, bu məsələ hələ də sual altındadır. Prezident Aurelio De Laurentis isə mümkün ayrılıq baş verəcəyi halda heç bir təzminat ödəmək niyyətində olmadığını açıq şəkildə bildirib. O, qərarı Kontenün özünsn verməli olduğunu deyib: ya istefa verməli, ya da işinə davam etməli.
Antonio Konte «Boloniya»ya 0:2 hesabıyla uduzduqdan sonra bir həftəlik məzuniyyətə çıxmışdı. Hazırda komandanın məşqlərini onun köməkçisi Kristian Stellini aparır.
Bu arada klub rəhbərliyinin Tiago Mottayla əlaqə saxlaması, “Napoli”nin istənilən ssenariyə hazır olmaq istədiyini göstərir.
“Napoli” hazırda A Seriyasında 4-cü yerdə qərarlaşıb və lider «İnter»dən cəmi iki xal geri qalır. Komanda Çempionlar Liqasında isə 4 oyundan 4 xalla 24-cü yeri tutur.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi