“Arsenal”ın və Braziliya millisinin futbolçusu Qabriel Maqalyans sıradan çıxıb.
QOL.az xəbər verir ki, müdafiəçi Seneqal (2:0) ilə matçın ikinci hissəsində zədə səbəbindən meydanı tərk edib. Braziliyanın baş məşqçisi Karlo Ançelotti əvvəlcə futbolçunun qasıq nahiyəsində problem olduğunu bildirmişdi. Son müayinələr isə Qabrielin sağ dizində əzələ zədəsi olduğunu təsdiqləyib.
Zədə “Arsenal” üçün ciddi itki sayılır. Qabriel bu mövsüm komandada müdafiənin əsas yükünü çiyinlərində daşıyan futbolçulardan biri olub. London klubu Premyer Liqanın 11 turunda cəmi 5 qol buraxıb və braziliyalı futbolçu həm müdafiədə, həm də hücumda önəmli rol oynayıb.
“Arsenal”ın baş məşqçisi Mikel Artetanı narahat edən əsas məqam isə Qabrielin Şimali London derbisində “Tottenhem”ə qarşı oynayıb-oynamayacağıdır. Bununla yanaşı, “Arsenal” ayın sonuna doğru “Çelsi” ilə də vacib qarşılaşmaya çıxacaq.
Futbolçunun bərpa müddətinin nə qədər davam edəcəyi yaxın günlərdə bəlli olacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi