Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan boks millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış ilə yadda qaldı.
Belə ki, yığmamız yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub. Bu medallardan 3-nü kişi, 3-nü isə qadın boksçularımız əldə ediblər.
Komandamızın heyətində Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib. Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib. Həmçinin Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) bürünc mükafat qazanıblar.

Bugünkü həmsöhbətimiz isə boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayevdir.
O, əvvəlcə kişi boksçularımızın mübarizəsindən danışıb: "İslamiadada üç nəfər kişi, dörd nəfər isə qadın boksçumuz iştirak edirdi. Əvvəlcə kişi boksçularımızdan danışaq. Pis döyüşmədilər. İki finalçımız var idi. Bilirsiniz ki, Məhəmmədəli Qasımzadə zədəli olduğuna görə final döyüşünə çıxmadı. Döyüşsəydi, o da qızıl medal qazana bilərdi. Sərxan Əliyev isə güclü bir rəqiblə qarşılaşdı. Çox yaxşı döyüşdü. Biz onun döyüşündən razı qaldıq. Amma rəqibi çox güclü idi. Səidcəmşid də çox parlaq çıxış etdi. Üç rəqibinin üçü də güclü idi. Rəqiblərinə elə qalib gəldi ki, hakimlər arasında söz-söhbət də ola bilmədi. Finalda Türkiyə təmsilçisi ilə qarşılaşdı. Səidcəmşid təmiz qələbə qazanaraq qızıl medal əldə etdi. Onu da təbrik edirik".

N.Abdullayev qadın boksçularımızın döyüşlərinə də toxunub: "Qızlarımız da gözəl çıxış etdilər. İki qadın boksçumuz gümüş, bir qadın boksçumuz isə bürünc medal qazandı. Böyük təcrübələri olmadığına görə, kənarda təlim-məşq toplanışları, beynəlxalq görüşləri çox keçirmədiklərinə görə onların da döyüşlərini parlaq hesab edirəm. Özləri də çox gəncdirlər. Biz millimizin çıxışından razıyıq. Məncə, nəticələrimiz yaxşıdır".
N.Abdullayev Azərbaycan boksunun hazırkı durumunu da qiymətləndirib. O, ölkəmizdə boksun inkişaf etməkdə olduğunu bildirib: "Hazırda Azərbaycan boksu inkişaf edir. Özbəkistandan gələn, hazırda ölkəmizdə çalışan Rövşən müəllimin köməkliyi ilə əl-ələ verib işləyirik. Çalışırıq ki, çempionluqlarımız daha artıq olsun. Çox şey dəyişib. Bəzən qızlarla məşq edirik, İlkin müəllim də bizə qatılır. Birgə məşqlərlə inkişaf gedir".
Mütəxəssis qarşıdakı hədəflərdən söz açıb: "Qarşıdan dünya çempionatı gəlir. Yarışa hazırlaşırıq. İnşallah, orada da uğurlu çıxış edərik".
Yığmamızın böyük məşqçisi perspektiv vəd edən gənc boksçuların da adlarını çəkib: "Qızlardan ibarət boksçularımızdan Aynur Mikayılovanı fərqləndirərəm. Çox gəncdir, az döyüş keçirib, amma perspektivi böyükdür. Ümid edirəm ki, yaxşı nətcə göstərəcək. Kişilərdən isə Sübhan Məmmədovun adını çəkərəm. O, bir tapıntıdır. Sübhan çox fərqli boksçudur. Dünya çempionatında da iştirak etdi. Gözəl döyüşdü. Güclü boksçu ilə qarşılaşdı. Biz onun məğlub olduğunu hesab etmirik. Çox gəncdir. İnşallah, yaxşı nəticələr qazanacaq. Yəni, perspektivli boksçularımız var. Biz də onların üzərində işləyirik".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi
Məşqə gecikəni oyuna buraxmır! - Mourinyodan sərt qaydalar
"Tottenhem"dən "Yuventus"a keçdi - Rəsmi
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar