"Real"ın gənc hücumçusu Endrikin icarə əsasında Fransanın "Lion" klubunda çıxış edəcəyi gözlənilir.
QOL.az xəbər verir ki, adıçəkilən klublar arasında Endrikin icarəsi ilə bağlı aparılan danışıqlar əsasında yeni şərtlər müəyyənləşib. “The Athletic”in məlumatına görə, Madrid klubu gənc hücumçunun 2026-cı ilin iyununa qədər Fransaya icarəyə göndərilməsinə razılıq verib və müqavilədə transfer seçimi nəzərdə tutulmayıb.
Bildirirlir ki, klublar arasındakı razılaşmaya həm maliyyə öhdəlikləri, həm də futbolçunun oyun vaxtı ilə bağlı xüsusi maddələr daxil ediləcək. Madrid klubu Endrikin maaşının bir hissəsini öz üzərinə götürəcək.
Bundan başqa, müqaviləyə “Lion” üçün cərimə maddəsinin daxil edilməsi nəzərdə tutulub. Fransa klubu gənc hücumçunun müəyyən olunmuş sayda start heyətində oynamaması halında “Real”a kompensasiya ödəməli olacaq. Bu maddə Endrikin kifayət qədər oyun təcrübəsi qazanmasını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, Endrik cari mövsümdə “Real”ın heyətində cəmi bir oyun keçirib. O, “Valensiya” ilə matçın (4:0) 79-cu dəqiqəsində meydana daxil olub.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı