“Çətin oyun oldu. Fransa millisi çox güclüdür. Onlar tam başqa səviyyədirlər”.
QOL.az xəbər verir ki, bu sözləri futbol üzrə milli komandamızın hücumçusu Renat Dadaşov deyib.
O, dünən DÇ-2026-nın seçmə mərhələsində Bakıda Fransaya 1:3 hesabı ilə uduzduğumuz görüşü belə şərh edib: “Rəqib nə qədər güclü olsa da, mübarizə apardıq, komanda olaraq əlimizdən gələni etdik. Təəssüf ki, daha artığına gücümüz çatmadı”.
Millimizin hücumçusu Fransanın qapısında qol gördükdən sonra daha aqressiv oynamasının normal olduğunu söyləyib: “Futbolda hər zaman belə olur. Hamı qol vurmaq, qələbə qazanmaq istəyir. Ona görə də Fransanın hesabda geri düşdükdən sonra daha aqressiv oynaması normaldır. Hər bir komanda meydanı qələbə ilə tərk etmək istəyir”.
Dadaşov qol vurmasına belə münasibət bildirib: “Əlbəttə, Fransa kimi rəqibə qol vurduğum üçün sevincliyəm. İnanıram ki, bu, gələcək karyerama da müsbət təsir göstərəcək. İndi artıq fikrimi klubuma yönəltməliyəm. Əlimdən gələni edəcəm ki, bundan sonra daha çox oynamaq şansı qazanım”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi