“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu

“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
ÖLKƏ FUTBOLU 17 Noyabr 2025 / 18:09 1272
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni futbolçu dəvət olunub.

QOL.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı A millinin düşərgəsində olan “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.

Qeyd edək ki, U-21 millimiz noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner