AFFA-nın rəsmi saytı bu gün açıqlama yayıb ki, “Avro-2020”nin dünənki Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da qurumun İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib. Əlbəttə, toplantıda millinin son illərdəki uğursuzluqlarından təngə gəlib, son oyunda stadionda federasiya rəhbərliyini istefaya səsləyən minlərlə, sosial şəbəkələrdə isə onlara dəstək olan onminlərlə azarkeşin haqlı çağırışına qətiyyən toxunulmayıb.
Çünki mətləbi uzatmayıb, qısaca və nəyisə malalamadan, olduğu kimi desək, o komitənin üzvlərinin 90-95 faizində artıq vicdan, mənəviyyat, sadə insanlara hörmət deyə bir şey qalmayıb. Vicdanı olan nə edərdi? Bəli, hələ istefaya getmək bir yana, heç olmasa dünənki rəzillikdən sonra əsəbindən yata bilməyən bu qədər insandan üzr istəyərdi. Amma bunu etmək əvəzinə, görün, bu gün AFFA hansı açıqlamanı verib:
“Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.
İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər”.
İndi qara şriftlə xüsusi fərqləndirdiyim sonuncu cümləni diqqətlə bir də oxuyun. Sonra yenə oxuyun. Fikir verin, bütün məsuliyyət ancaq futbolçuların üzərinə atılıb. Oynayan futbolçudur, doğru, amma mart ayından bəri hazırlaşdırıb meydana çıxaran kimdir bəs? Qurban Qurbanov? Bu komanda iki oyuna qapısından düz səkkiz qolu kimin axmaq taktikası, uşaqcasına səhvləri, yanlış heyət seçiminə görə buraxıb?
Hə, Nikola Yurçeviç adlı xorvatın. Bəs, Yurçeviç kimdi? Azərbaycana gələnə qədər cəmi bir dəfə (!) baş məşqçi kimi çalışan və... işlədiyi Zaqreb “Dinamo”sundan uğursuz nəticələrə görə, təsəvvür edin, vur-tut 11 oyundan, hardasa 2 aydan sonra qovulan biri! Amma AFFA rəsmi açıqlamasında məğlubiyyətin birbaşa günahkarı olan Yurçeviçə güldən ağır soz demir. Ona görə ki, Yurçeviç Elxan Məmmədovun adamı, daha dəqiqi, onun “boz kardinalı” olduğu uğursuz futbol menecerlərindən ibarət çetenin Azərbaycana yüksək məbləğə sırıdığı növbəti uğursuz zay futbol məhsuludur.
Bəli, məhz elə onun adamı olduğuna görə də İcraiyyə Komitəsinin üzvləri - bizim adı futbol mütəxəssisi olan, amma futbol üçün daha heç nə etməyən, etmək istəməyən Kazbek Tuayev, İsgəndər Cavadov, Vaqif Sadıqov, guya milliyə məsləhət verməli olan Məşqçilər Komitəsinin üzvlərindən Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov, Yaşar Vahabzadə bugünlər sanki Marsa uçublar. "Bu komanda niyə bugündədi, bu ölkənin futbolu niyə bu hala salınıb" kimi suallara təkcə Rövnəq Abdullayev, Elxan Məmmədov cavab verməməlidir. Və dünənə kimi "Qurban Qurbanov nəticə verməlidir" deyənlər bu gün qaçıb gizlənməməlidirlər. Çünki bu ölkənin futbolunun problemini söyləmək bir tək 3-4 jurnalistin və hələ də özünə hörmət qoyan bir neçə futbol adamının işi olmamalıdır. Adlarını çəkdiyim mütəxəssislər də, bu gün futbolumuzda həqiqi nüfuz və söz sahibi olan Qurban Qurbanov da, Rəşad Sadıqov da nəhayət, futbolumuzun bugünkü ağır durumunun səbəbləri və çıxış yolları barədə qətiyyətli fikirlərini deməlidirlər.
Əsk halda içi bütün bu adlarını çəkdiyim və çəkmədiyim mütəxəssislərin də futbolumuzun qara hərflərlə yazılmaqda olan tarixində məsuliyyət payı AFFA-dakılardan az olmayacaq.
Aydın BAĞIROV
[email protected]
Ali Koç Ərdoğanın qəbulunda
"Qaradağ Lökbatan" "Bakı Sportinq"ə belə qalib gəldi - Video
Qrizmann gələcəyi ilə bağlı qərar verdi
Terimin qələbə seriyası qırıldı
"Difai"nin qələbəsindən - Video
"İnter" danışıqlara başladı, "Bavariya" da maraqlanır
ÇL-də həftənin rəmzi komandası açıqlandı
"Cəbrayıl"ın "Mingəçevir" üzərində qələbəsindən - Video
“Qarabağ”la “Fulhem”in U-15-lərinin oyunu keçirildi
Bu mövsüm Çempionlar Liqasında 100 milyon qazanıblar
"Cəbrayıl"dan qələbə, "Zaqatala" uduzdu
Türkiyə Superliqasında klub sayı azaldıldı
Müllerlə bu klub danışıq aparır
Neymar niyə ağladı? - Şəkil
"Real"da ÇL oyununa ən çox çıxan futbolçu oldu
"Sabah" “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı
"Liverpul" Van Deyklə müqaviləni uzatdı - Rəsmi
Kadidən “Neftçi” ilə oyuna görə çağırış
"Qarabağ"ın sabiq hücumçusu bu kluba keçdi
Keyn: "İstənilən komandaya qalib gələ bilərik"
Martines "İnter"in tarixinə düşdü
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avrokubokların oyunları bu kanallarda
Ronaldonun rekordu qırıldı
Ançelottidən vidasayağı sözlər
"Arsenal"ın Madriddəki qələbəsi - Video
Müller Messiyə çatdı
5 qol vuruldu, "Füzuli" qalib gəldi - Video
ABŞ klubu De Brüyneni hədəflədi
Cəfərovdan poker, "Şəmkir"dən 6 qol - Video
2-ci Liqada tura yekun vuruldu
Türkiyə kubokunda final matçının məkanı açıqlandı
Klopp məşqçilik karyerasını bərpa edir?
Keyn Neymar və Balotellidən ilhamlanıb
"Barselona"nın rəsmisindən Mbappe ilə bağlı qərara etiraz
"Bu futbolçulara inanıram" - Aqil Nəbiyev
Qrizmannın qərarı bilindi
Ançelotti: "Mən Ronaldo kimi futbolçu görməmişəm"
Aron Bupendzanın faciəvi ölümü
"Qarabağ" "Azərsun Arena"ya qayıdır
"Sabah"ın U-13 komandası "Mançester Siti" ilə eyni turnirdə
Azərbaycan millisi Gürcüstana qalib gəldi
Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya edildi