“Qarabağ”ın futbolçusu Toral Bayramovun QOL.az saytına müsahibəsi
- Səfərdə “Karvan”a 2:0 hesabı ilə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox çətin oyun oldu. Həm hava isti idi, həm də meydança amili var idi. Ağır oyundan çıxmışdıq. Psixoloji cəhətdən yorğunluq var idi. Şükürlər olsun ki, qalib gəldik, mövsümdə ilk qələbəmizi qazandıq. Növbəti oyunlarda da 3 xal qazanmağa çalışacağıq.
- Süni qazon işinizi nə dərəcədə çətinləşdirdi?
- Əlbəttə, süni qazonda oynamaq çətindir. Dünyanın əksər yerində təbii ot örtüyüdür. Süni qazon mikrozədələrə gətirib çıxarır. Lakin nə etmək olar? İşimiz budur.
- Anşlaq yaşanan “Ferensvaroş”la matçdan sonra bu görüşə köklənmək nə dərəcədə çətin idi?
- Əlbəttə, fərq var. Lakin yenə deyirəm, bu, bizim işimizdir. Burada qalib gəlməsək, oralara gedib çıxa bilmərik. Ona görə də əsas daxili çempionatdır. Burada qalib gəlməsək, avrokuboklarda çıxış edə, xalqımızı sevindirə bilmərik. Ölkə çempionatında hər matça qələbə üçün çıxırıq.
- Çempionlar Liqasının Liqa mərhələsinin püşkünü necə dəyərləndirirsiniz?
- Çempionlar Liqasında zəif rəqib yoxdur. Maraqlı oyunlar bizi gözləyir. Hər matç çox gərgin keçəcək. Bacardığımız qədər çox xal toplamaq və tarix yazmağa davam etmək istəyirik.
- “Qarabağ”ın potensialı bu rəqiblərlə oyunda neçə xal yığmağa imkan verir?
- Nəsə deyə bilmərəm. Futboldur, hər şey ola bilər. Dəfələrlə bunu sübut etmişik. Əsas olan qarşılaşmalara komanda şəklində düzgün hazırlaşmaqdır. Hamı əlindən gələni edəndən sonra yaxşı nəticə qazanmaq mümkündür.
- Qarşıdan milli komandamızı İslandiya və Ukrayna ilə görüşlər gözləyir. Həmin oyunlardan gözləntiləriniz nədir?
- Bizi ağır oyunlar gözləyir. Uzun səfərimiz olacaq. Ölkəmizi layiqincə təmsil etmək istəyirik. Əlimizdən gələni yox, gəlməyəni də edəcəyik ki, səfərdən uğurlu nəticə ilə qayıdaq.
- “Qarabağ”ın avrokuboklardakı inamlı çıxışı millinin oyununa müsbət təsir göstərə bilər?
- Qələbə həmişə qələbədir. Qalib gələndə yüksək əhval-ruhiyyə olur. İnanırıq ki, “Qarabağ”ın çıxışı milliyə də müsbət təsir göstərəcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi