Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci oldu

Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci oldu
ŞAHMAT 14 İyun 2026 / 22:12 313
-  A +

Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır. 

QOL.az xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub. 7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq. 

Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər