Somalili hakim Ömər Əbdülqadir Artana DÇ-2026 üçün ABŞ-a girişə icazə verilməməsinə baxmayaraq, turnirdəki iştirakına görə nəzərdə tutulan tam qonorar ödəniləcək.
Qol.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hakim ABŞ-a girişlə bağlı yaranmış problemlər səbəbindən mundial oyunlarında çalışa bilməsə də, FİFA onun turnir üçün nəzərdə tutulmuş maliyyə təminatını tam şəkildə ödəmək qərarına gəlib. Bu addımın hakimin yaranmış vəziyyətə görə məsuliyyət daşımaması ilə əlaqədar atıldığı qeyd olunub.
Daha əvvəl Artanın ABŞ-a daxil olmasına icazə verilmədiyi və bu səbəbdən dünya çempionatındakı vəzifələrini yerinə yetirə bilməyəcəyi bildirilmişdi. FİFA isə məsələ ilə bağlı hakimin maliyyə hüquqlarının qorunacağını təsdiqləyib. Hakimlər mundialdakı qazancının dəqiq məbləği hələlik bilinmir. Çünki ödənişlər turnir bitdikdən sonra edilir.
Afrika Futbol Konfederasiyasının (CAF) tərəfindən qitənin ən yaxşı hakimi seçilən Artan 12 avqustda Avstriyanın Zalsburq şəhərində PSJ və "Aston Villa" arasında keçiriləcək UEFA Superkuboku matçınını idarə edəcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”