"Ançelottinin bütün sirlərini bilirəm"

"Ançelottinin bütün sirlərini bilirəm"
ÖLKƏ FUTBOLU 13 İyun 2026 / 20:22 2168
-  A +

Mərakeş milli komandasının baş məşqçisi Məhəmməd Uahbi 2026-cı il dünya çempionatında Braziliya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki,  "ESPN" nəşrinə danışan Uahbi rəqib komandanın baş məşqçisi Karlo Ançelotti ilə bağlı iddialı ifadələr işlədib: 

"Mən onun bütün kitablarını oxumuşam. Bəlkə də mənim müəyyən bir üstünlüyüm olacaq, çünki onun bütün sirlərini bilirəm. Rəqibi yaxşı analiz etmişik və komandada müsbət ab-hava hiss olunur. Hamı əla formadadır və oynamağa hazırdır".

Xatırladaq ki, qarşılaşma iyunun 14-də Bakı vaxtı ilə saat 02:00-da İst-Raterfordda (ABŞ) baş tutacaq.


Qarabağ FK
Son xəbərlər
17.08.26  16:20

"Qarabağ"da şok itki

17.08.26  13:58

"İmişli"də ayrılıq

topaz banner