DÇ-2026-nın iştirakçılarında olan Uruqvay millisinin ABŞ-a səfərində problem yaranıb.
QOL.az "The Athletic"ə istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisi Səudiyyə Ərəbistanı ilə keçirəcəyi qrup mərhələsi oyunu ərəfəsində ABŞ-a planlaşdırıldığı vaxtda uça bilməyib.
Buna səbəb təyyarənin uçuş sənədləri ilə bağlı yaranmış problem olub. Nəticədə komandanın Meksikadan Mayamiyə səfəri bir neçə saat gecikib.
Məlumata görə, yaranmış çətinlik səbəbindən yığmanın baş məşqçisi Marselo Byelsa və müdafiəçi Xose Mariya Ximenes üçün nəzərdə tutulan mətbuat konfransı da təhlükə altına düşüb.
Bəzi KİV-lər komandanın ABŞ-a eniş icazəsi ala bilmədiyini yazsa da, əsas səbəbin sənədləşmə və uçuş icazələri ilə bağlı texniki problem olduğu bildirilir. Daha sonra Uruqvay millisinin Mayamiyə yola düşdüyü açıqlanıb.
Yaranan problemlərə görə FİFA-nın Uruqvay Futbol Assosiasiyasına intizam sanksiyaları tətbiq etməsi riski var.
Qeyd edək ki, Uruqvay dünya çempionatının H qrupunda ilk oyununu iyunun 16-da Bakı vaxtı ilə saat 02:00-da Səudiyyə Ərəbistanına qarşı keçirəcək.
Yamal onu təhqir etdi
Modriç Messiyə çatdı
Fransa - Türkiyə matçının heyətləri açıqlandı
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
1-ci liqada həftənin hakimləri məlum oldu
Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi
“Marafon” və “Ağstafa Gəncləri”ndən böyükhesablı qələbə
Əfsanələrin dueli 11 qolla yadda qaldı
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi
“Çelsi” yenidən şansını yoxlayacaq
Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı
Zidan Türkiyə ilə oyun öncəsi nikbinliyini qoruyur
“Portuqaliya ən böyük futbolçularından birini itirib”
Poçettino “Mançester Yunayted”də ilkə imza ata bilər
“Tottenhem”dən ayrılmaq qərarına gəldi
“Barselona” Ferminə görə 100 milyonluq təkliflər alıb
Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Yayda "Neftçi"dən ayrılan hücumçu bu kluba keçdi
"Qarabağ"ın qapıçısı İsveç millisinə qarşı oynadı
Portuqaliya millisi üç futbolçusunu itirdi
Yüksək hərarətə görə İspaniya millisindən ayrıldı
“Qarabağ”ın futbolçusu Meksika millisinə qol vurdu - Video
Aleksey Kaşuk Ukrayna millisində debüt etdi
Portuqaliya son 12 ilin ən ağır məğlubiyyətini alıb