Azərbaycan millisi Avropa kubokunun finalında

Azərbaycan millisi Avropa kubokunun finalında
XƏBƏR 14 İyun 2026 / 20:32 2314
-  A +

Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa kubokunda finala yüksəlib.

QOL.az xəbər verir ki, yığmamız seçmə mərhələsdə bu gün yarımfinal oyununa çıxıb. Komanda Kosovo ilə üz-üzə gəlib və 21:5 hesablı qələbə qazanıb.

Azərbaycan millisi finalda İrlandiya - Kipr cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, yığmamız bunadək Kipr (16:10) və Maltanı (15:14) üstələyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
31.10.26  13:03

"Kəpəz"da ciddi itki

30.10.26  20:00

Mourinyo, Simeone...

topaz banner