“Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ” ilə matç öncəsi mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, Valverde "Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində 2 oyuna 6 xal qazandığını bildirib:
“Qarabağ"a böyük hörmətimiz var, çünki "Benfika" və "Kopenhagen" üzərində qələbə qazanıblar. Açıq-aydın görürük ki, onlar liderdir, biz isə sonuncuyuq. Bu, bizim xal toplamağa başlamağımız üçün fürsətdir və biz bunu istəyirik”.
Valverde onun adından yayılan “Qarabağ”ı 9:0 hesabı ilə məğlub edəcəklərinə dair feyk xəbərlə bağlı azərbaycanlı jurnalistin sualına gülərək cavab verib və həmin fikri özü də təkzib edib:
“Onlara 9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir. Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar”.
Valverde matçın çətin olacağını, amma məqsədin qələbə olduğunu vurğulayıb: "Qələbə qazanmaq çətin olacaq, çünki yaxşı komandadırlar. Bu matçı digərlərindən üstün tutmuruq, amma xal vəziyyətini nəzərə alırıq”.
“Qarabağ”ı analiz etdiyini deyən Valverde bildirib: “Onlar tez-tez heyətdə dəyişikliklər edirlər, amma son matçda tanınan bir heyətlə oynadılar. Daha çox istirahət etdikləri doğrudur, amma bu da bir çətinlikdir. Qalib gəlməsək, işlər daha da mürəkkəbləşər. Onların da güclü tərəfləri var.”
O, komandasının həm yaxşı hücum etdiyini, həm də yaxşı müdafiə olunduğu deyib.
Valverfe “Qarabağ” haqqında fikirlərini belə ifadə edib:
“Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır. Legioner oyunçuları çoxdur – braziliyalılar, kolumbiyalılar, polyaklar… Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar. Ölkələrinin çempionudurlar və qalib gəlmək üçün təzyiq edəcəklər. Daha çox istirahət ediblər, tez-tez heyətlərində dəyişiklik edirlər”.
Xatırladaq ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
“Karvan-Yevlax”dan növbəti transfer
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə
Stadionda xaos: oyun 50 dəqiqə dayandırıldı - Şəkillər
Azərbaycan millisi Rumıniyanı da məğlub etdi
Şeydayev oynadı, komandası qalib gəldi
“Sabahkı oyunu səbirsizliklə gözləyirik” - Velko Simiç
“Çelsi” 3 dəfə təklif göndərdi, rədd cavabı aldı
Misli Premyer Liqasında 3-cü turun təqvimi
“Karvan-Yevlax” portuqaliyalı futbolçu transfer etdi
Son matçlarında huşunu itirən futbolçudan xəbər var
La Liqa klubundan sərt reaksiya
"Mançester Siti" Enzo Fernandeşin transferini bitirir
“Barselona”dan Qavi açıqlaması
İsveçrə millisinin hücumçusu MLS klubunda
O top 3,35 milyon dollara satıldı
"Sabah"ın oyununa nə qədər bilet satılıb?
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - Rəsmi
"Hapoel" azarkeşləri durmadan Bakıya gəlir
"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubunda
Fabinyo “Trabzonspor”da
Ukrayna millisinin üzvü "Ayaks"a keçir
Çeferin FİFA prezidentliyinə namizəd olacaqmı?
"Neftçi"nin 90 illiyidir, çempion olmaq istəyirik" - Video
Debüt oyununda zədələndi
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
"Tvente"nin neçə azarkeşi Bakıya gələcək?
“Şəfa”dan ilk mesaj: “asan yem” olmayacaq
39-cu qapıçı
Salahın dublu - Video
Qrabara “Yuventus”a keçir
FİFA-dan klubu ilə müqaviləsinin ləğv edilməsini istədi
"Barselona" mövsümə darmadağınla başladı
"Neftçi"nin 5 qollu qələbəsi - Video
“Səbail” Boluda son yoxlama oyununu keçirib
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev