Madridin “Real” klubu La Liqanın 17-ci turunda “Vilyarreal” ilə “Barselona” arasında planlaşdırılan qarşılaşmanın İspaniya ərazisindən kənarda keçirilməsinə qarşı çıxıb.
QOL.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.
Məlumata görə, “Real” birbaşa Şimali, Mərkəzi Amerika və Karib ölkələri Futbol Konfederasiyasına (KONKAKAF) müraciət edərək, oyunun ABŞ-da – Mayamidəki “Hard Rock” stadionunda keçirilməməsini tələb edib. Bu qarşılaşma 2025-ci il dekabrın 20-də oynanılmalıdır.
Madrid klubu hesab edir ki, oyunun İspaniyadan kənarda təşkili “yarışın ədalət prinsipini pozur”. Bununla bağlı “Real” daha əvvəl İspaniyanın Milli İdman Şurasına (CSD) iki dəfə şikayət göndərib. İlk şikayət hələ iki ay əvvəl təqdim olunsa da, bürokratik səbəblərdən baxılması gecikir.
Qeyd edək ki, İspaniya futbol rəhbərliyi bir neçə ildir La Liqa oyunlarından birini xaricdə keçirməyə çalışır. Əgər plan təsdiqlənsə, “Vilyarreal” – “Barselona” oyunu La Liqa tarixində ABŞ-da keçiriləcək ilk rəsmi matç olacaq.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov