La Liqanın prezidenti Xavyer Tebas "Real"ın futbolçusu Daniel Karvahalın "Vilyarreal" - "Barselona" matçının ABŞ-da keçirilməsi qərarına qarşı çıxmasından danışıb.
QOL.az-ın məlumatına görə, o, müdafiəçinin narazılığına belə cavab verib:
"Məncə, rəqabətin ən böyük saxtakarlığı "Real" televiziyasının ötən mövsüm yayımladığı videolardır. "Real"ın televiziyası La Liqaya "Vilyarreal" - "Barselona" oyununun ABŞ-da keçirilməsindən daha çox zərər vurur".
Xatırladaq ki, İspaniya çempionatının 17-ci turunun “Barselona” – “Vilyarreal” matçının ABŞ-da, Mayamidəki “Hard Rock” stadionunda keçirilməsi nəzərdə tutulub. Karvahal isə hesab edir ki, belə bir matçın təşkili yarışmanın nəticələrini təhrif edə bilər.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video