"Şamaxı"nın futbolçusu 3 oyunluq cəzalandırıldı

"Şamaxı"nın futbolçusu 3 oyunluq cəzalandırıldı
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2025 / 15:35 790
-  A +

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 8-ci turunun “Şamaxı” – “Kəpəz” oyununda baş verən neqativ hallarla bağlı qərarlarını açıqlayıb.

QOL.az xəbər verir ki, matçın 44-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Şamaxı”nın hücumçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalanıb, klubu 3000 manat cərimələnib.

Bundan başqa, 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə olunub.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner