"Sabah çox yaxşı komandaya qarşı oynayacağıq. "Atletik"in təcrübəli baş məşqçisi var. Rəqib xal fərqini yaxşılaşdırmaq üçün qalib gəlməyə can atacaq. Bizim də təcrübəmiz ildən-ilə artır. Çalışacağıq ki, meydanda möhkəm və yığcam olaq. Bu cür rəqibin tempinə davam gətirməliyik. Ümidvaram ki, azarkeşlər mübarizəmizdən razı qalacaqlar".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Atletik"ə qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.
Mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında Marko Yankoviçin zədəsini sağaltdığını bildirib: "Yankoviç komandayla məşq edir. Bəlkə də idman formasından bir az uzaqdır. Hər bir halda, onun təcrübəsindən istifadə etməyə çalışacağıq. Lakin onun ilk dəqiqlərdən, yoxsa sonradan meydana buraxacağımız barədə qərar verməmişəm".
O, hücum mövqeyi üçün Nəriman Axundzadə ilə Kamilo Duran arasında seçim edib-etmədiyinə dair sualı cavablandırıb: "Hər ikisi yaxşı formadadır. Həm məşqlərdə, həm də oyunlarda özlərini yaxşı tərəfdən göstərirlər. Sabaha kimi vaxtımız var. Sabah dəqiq bilinəcək".
Mütəxəssis türk jurnalistin "Qarabağ"ın uğurları təkcə Azərbaycan yox, türk dünyası üçün böyük hadisədir. İnsanlara bu hissləri yaşatmaq necə hissdir" sualına belə reaksiya verib: "Sizi burada görmək xoşdur. İstər Bakıda, istərsə də xarici ölkələrdə oyunlarımız olanda türkiyəli qardaşlarımızdan həmişə dəstək görürük. Hər birinə təşəkkür edirəm. Bu hissləri bəlkə də sözlə ifadə etmək olmaz. Çox xoş hisslərdir. İnsanların bu inamı məsuliyyətimizi daha da artırır, həvəsimiz çoxalır. Çalışırıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edək".
Q.Qurbanov ilk iki turda "Benfika" və "Kopenhagen"lə oyunlarda qazanılan qələbələrin komandada hansı dəyişikliklərə səbəb olduğunu da açıqlayıb: "Dəyişiləcək bir şey yoxdur. Futbol elə bir peşədir ki, hər oyunda uğur əldə edə bilməzsən. Çox böyük klublar var ki, Çempionlar Liqasını qazanırlar, amma növbəti il bunu təkrarlaya bilmirlər. Biz kiçik bir futbol ölkəsiyik və bu cür turnirlərdə təcrübə qazanırıq. Hər il belə qalibiyyətlərimiz olub. Amma son iki qələbəmiz inamımızı daha da artırıb. Bu, təkcə bizə yox, Azərbaycan futboluna da böyük inam bəsləməyə rəvac verir. Həmişə çalışmışıq ki, üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirək. Bu, bizim missiyamızdır".
O, sonda "Çempionlar Liqasında mövsüm başlamazdən əvvəl "24-lüy"ə düşmək xəyal kimi görünürdü, lakin ardıcıl 2 qələbədən sonra artıq bu sizin üçün məqsədə çevrilib? Ümumiyyətlə, bu yöndə söhbətlər futbolçulara necə təsir edir" sualını cavablandırıb: "Deməzdim ki, narahatlıq var. Bəlkə də bu söhbətlər futbolçulara hansısa formada təsir edir. Qarşıda hələ 6 oyunumuz var və bu matçlar 18 xal deməkdir. Bu gün əlimizdə xal qazanmaq üçün imkan varsa, bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Bütün azarkeşlər istəyir ki, öz komandası yuxarı pillələrdə olsun. Bizim üçün bu tip ifadələri eşitmək xoşdur, amma qarşıda daha çətin oyunlarımız var".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?